reklam
Regionxeberlericom.az » Siyasət » Putinin Paşinyana qoyduğu tələb mətbuata sızdı: - Azərbaycanla demarkasiya sənədi təsdiqlənməlidir!

reklam

Putinin Paşinyana qoyduğu tələb mətbuata sızdı: - Azərbaycanla demarkasiya sənədi təsdiqlənməlidir!















Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın ötən axşam parlamentdə deputatlarla keçirdiyi iclasın gecə saatlarına qədər davam etdiyi, toplantının gərgin və əsəbi şəraitdə keçdiyi barədə məlumat yayılıb.

Modern.az saytı xəbər verir ki, “Hraparak”ın məlumatına görə, hakim “Mülki müqavilə” partiyasının deputatları ilə görüşdə Paşinyan bəzən elə qışqırırmış ki, onun səsi hətta parlamentin dəhlizlərində eşidilirmiş.

“İclasdakı atmosferin gərginləşməsinə, Paşinyanın deputatlarla sərt tonda danışmasına səbəb bu imiş: baş nazir deputatlara deyib ki, delimitasiya başa çatdıqdan sonra parlamentdə sərhədin demarkasiyası ilə bağlı dövlətlərarası sənədin təsdiqi aparılmalıdır. Yəni hər kəs Paşinyanın qərarına görə məsuliyyət daşıyacaq. İclasda Azərbaycanın şərtlər irəli sürdüyü, əsasən də dəhliz məsələsində israr etdiyi bildirilib”,- “Hraparak” yazıb.

Qəzetin əldə etdiyi məlumata görə, sözügüdən sənədin parlament tərəfindən təsdiq edilməsi tələbi Paşinyana Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulub.

“Ermənistanın baş nazirinin etibarsız tərəfdaşlıq davranışı, Qərblə “aşağıdan” oyun oynamaq cəhdlərini görən Putin Paşinyanı qucağında saxlamaq və baş nazirin dəyişməsi ilə hər hansı razılaşmadan imtina etmək ehtimalından özünü sığortalamaq qərarına gəlib. Bir ölkənin qanunverici orqanı tərəfindən ratifikasiya olunmuş hər hansı bir sənəd bir nəfərin təsdiq etdiyi sənəddən daha etibarlıdır. Xüsusilə də o proseslərdən sonra Nikol Paşinyanın hansı aqibətlə üzləşəcəyi məlum deyil. Qeyd edək ki, demarkasiya və demarkasiya işlərinin ən qısa zamanda, 6 ay ərzində həyata keçirilməsi planlaşdırılır”.




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər