Blinken və Lavrov dalaşdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Ukraynadakı vəziyyətlə bağlı qızğın mübahisə ediblər.
Dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala-ziyafətdə onlar söz davasına çıxıblar.
Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu bildirib. Bundan əlavə, o bildirib ki, NATO və Avropa İttifaqı qəsdən fərqli fikirləri boğur və Rusiyanı qorxutmağa çalışır.
Bunun cavabında ABŞ Dövlət Departamentinin rəhbəri 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin gülləbaran edilməsində Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin iştirak etdiyini bildirib və həmçinin NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb.
Son zamanlar Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb.
Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-12-2021, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər