reklam
Regionxeberlericom.az » Siyasət » Qarabağ ermənilərindən Bakıya avantürist TƏKLİF - Ölənlərinə “şəhid statusu”, qalanlarına isə 3 deputat yeri istəyirlər

reklam

Qarabağ ermənilərindən Bakıya avantürist TƏKLİF - Ölənlərinə “şəhid statusu”, qalanlarına isə 3 deputat yeri istəyirlər















44 günlük Vətən Müharibəsindən sonra acınacaqlı duruma düşən Qarabağdakı ermənilər hər nə qədər tikinti işləri aparsalar da, özlərini tox tutmağa çalışsalar da, bölgədə gələcəklərinin olmadığının kifayət qədər fərqindədirlər. JAMAZ.İNFO xəbər verir ki, Qarabağda məskunlaşmış ermənilər “dövlət” qura bilməyəcəklərini də anlayırlar. Çünki bunun üçün nə imkan var, nə də şərait mövcuddur.

Bölgəyə müvəqqəti olaraq yerləşmiş rus sülhməramlılarına üzdə hər nə qədər güvəndiklərini bəyan etsələr də, bunun blefdən başqa bir şey olmadığı da aydındır. Hazırda ermənilərin üç yolu yolu qalıb. Ya bölgəni tərk edib, getməli, ya qalıb Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da yenidən müharibəyə əl atıb, sonlarını gətirməlidirlər. Sonuncu variant yaxın perspektivdə mümkün deyil. Bunun üçün nə resursları, nə də imklanları mövcuddur.

Bildirək ki, hələ bir xeyli əvvvəl rəsmi olaraq açıqlandı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfinə müraciət edərək, hazırda işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən tikinti işlərində işlə təmin olunmalarını istəyiblər. Hətta dövlət başçısı İlham Əliyev də öz çıxışlarından birində vurğulamışdı ki, bu barədə onlarda yetərli qədər məlumat var. Amma Bakının şərtləri konkretdir: Azərbaycan vətəndaşlığı qəbul edilməsə, hər hansı bir iş olmayacaq.

Rəsmi və qeyri-rəsmi mənbələrdən gələn xəbərlərdən, xüsusən də bölgəyə səfər edən xarici jurnalistlərin hazırladıqları reportajlardan da aydın olur ki, hal hazırda Qarabağda yaşayan ermənilərin əksəriyyəti yaşlılardır. Düzdür, müəyyən sayda gənclər də orada yaşayırlar. Lakin onlar gələcəklərini artıq Qarabağda görmürlər. Və bunu açıq şəkildə bəyan edirlər. Üstəlik, imkan düşdükcə, Ermənistana, orada da Rusiya və ya başqa xarici ölkələrə miqrasiya edirlər. Elə erməni mediası da açıq şəkildə yazır ki, Qarabağdan gələn ermənilər Qərb ölkələrinə viza almaq üçün böyük pullar xərcləyir və tur-firmaların önündə yüzlərlə adamı görmək mümkündür.

İndi isə gələk mətləbə. JAMAZ.İNFO-nun əldə etdiyi məlumatlarda vurğulıanır ki, Qarabağda məskunlaşmış ermənilər bir ildən çoxdur davam edən qeyri-müəyyənlikdən beziblər. Onlar yuxarıda qeyd etdiyimiz kimi, ya bölgəni tərk etməlidirlər, ya qalıb yaşamaları üçün Azərbaycan vətəndaşlığını qəbullanmalıdırlar, ya da müharibəyə başlamalıdırlar.

Əldə etdiyimiz məlumata görə, ermənilər Bakıya Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət ediblər. Amma buna qədər onların da təklifləri var. Bu təklifdən daha çox avantüradır. Və bundan fərqlisini də onlardan gözləmək yersiz olardı.

Bəs, ermənilər Azərbaycan tərəfindən vətəndaşlıq müqabilində nə istəyirlər? Onları sistemli şəkildə sıralayaq:

Ermənilər onlara da bütün Azərbaycan vətəndaşlarına şamil edilmiş hüququlardan istifadə etmələrinə şərait yaradılmasını istəyirlər. Yəni, ayrı-seçkilik olunmasını istəmirlər. Təbii ki, bu belə də olacaq.

İkinci təklif ondan ibarətdir ki, ermənilər təhlükəsziliklərinə təminat istəyirlər. Burda da qeyri-adi heç bir şey yoxdur. Bu təminat onlar istəsə də, istəməsə də veriləcək.

Üçüncü təklif isə açıq avantüradır. Belə ki, onlar Qarabağ müharibəsində ölmüş adamlarına “şəhid” statusunun verilməsini və Şəhidlərimiz üçün nəzərdə tutulmuş bütün güzəşt və imkanların onlar üçün də tanınmasını istəyirlər. Və bunu belə əsaslandırırlar ki, guya, onların övladlarını zorla müharibəyə aparıblar. Hətta onu da iddia edirlər ki, guya, müharibə vaxtı onların ailələrini, özlərini öldürməklə təhdid ediblər və bu səbəbdən də Azərbaycana qarşı vuruşublar.

Aydın məsələdir ki, Azərbaycan tərəfi belər bir şərti qəbul etməyəcək. Eyni zamanda, ermənilərin bu addımı hiyləgərlikdən başqa bir şey deyil. Və məqsəd müharibə vaxtı törətdikləri cinayətlərini ört-basıdr etmək, habelə gələcəkdə bununla bağlı araşdırma aparılması zamanı məsuliyyətdən sığortalanmaq cəhdidir.

Dördüncü təklif odur ki, ermənilər Azərbaycanda yaşayan digər xalqlar kimi, ölkənin istənilər yerinə getmək, istirahət mərkəzlərində dincəlmək, restoranlarda oturmaq istəyirlər. Üstəlik, bu zaman təhlükəsizliklərinə təminat istəyirlər. Qeyri-adi istək deyil. Lakin hal hazırda bunu ermək mümkün deyil. Çünki müharibə yeni qurtarıb, insanlarda ermənilərə qarşı aqressiya var. Bundan əlavə, sabah hansısa Qazi və ya Şəhid yaxını erməni ilə eyni restoranda oturmağa və ya eyni hoteldə qalmağa tolerant yanaşmaya bilər. Bu isə əlavə problemdir. Ona görə də, bunun üçün vaxt lazımdır. Özü də kiçik olmayan vaxt.

JAMAZ.İNFO xəbər verir ki, ermənilərin istəkləri bununla yekunlaşmır. Onlar deyirlər ki, Azərbaycanda yaşayan digər xalqlar kimi, ermənilər də ölkəmizin ayrı-ayrı şəhərlərinə, xüsusən də Bakıya səfər edərkən öz mahnılarına nümayişkəranə şəkildə qulaq asmaq sərbəstliyini istəyirlər. Bu da mümkündür. Amma indiki zamanda yox. Məsələn, Bakının mərkəzində hansısa erməni avtomobilində erməni mahnısı qoyub, yüksək səslə qulaq asarsa, buna nə qədər insanımız dözüm nümayiş etdirə bilər? Zaman içində bunun olması mümkündür. Aradan bir xeyli illər sonra ermənilərin ölkənin istənilən nöqtəsində belə bir addım atması insanlarda qıcıq yaratmayacaq. Lakin hal hazırda bu mümkün deyil.

Növbəti istək odur ki, Qarabağda dövlət qurumlarından tutmuş, yerli özünü idarəetmə orqanlarında birinci şəxs mütləq erməni olmalıdır. Onların müavinləri azərbaycanlı olsa da, problem deyil. Bu artıq gələcəyə hesablanmış addımın bir parçasıdır. Əvvəla, belə işlərə Azərbaycan dövləti qərar verir. Yəni, Xankəndinə, Xocalıya və digər şəhər və rayonlarımıza rəhbər təyinatı ermənilərin istəyinə uyğun ola bilməz. Burada söz sahibi Azərbaycan dövlətidir və o, məsləhət bildiyini vəzifə başına keçirməlidir.

Ermənilərin daha bir təklifi ondan ibarətdir ki, Qarabağdakı ermənilər öz ana dillərində yazıb-oxumalı, teatrları olmalı, öz dillərində tablolar, reklamlar yerləşdirməkdə sərbəst olmalıdırlar. Öz dillərində telekanalları və qəzetlərinin olmasını da istəyirlər. Bu, bir növ Azərbaycanın daxilində özlərini ayrı göstərmək, dövlət içində dövlət qurmaq cəhdindən başqa bir şey deyil. Eyni zamanda, gələcəyə hesablanmış addımdır. Ki, gələcəkdə fürsət düşən kimi, yenidən “müstəqillik” niyyətlərini həyata keçirə bilsinlər.

Ermənilərin sonuncu təklifi isə odur ki, Azərbaycan parlamentində ən azı 3 deputatla təmsil olunmalıdırlar. Bu da avantüradır. Çünki Qarabağda yaşayan ermənilərin sayı konkret olaraq 3 deputatla parlamentdə təmsil olunmağa imkan vermir. Seçki yolu ilə kimin seçilməsinə bölgədə yaşayan insanlar qərar verməlidir.


Beləliklə, ermənilər bizimlə birgə yaşamaq üçün təkliflər versələr də, bunun adı avantüradır. Görünən və bilinən odur ki, bizi qarşıda daha ciddi işlər və problemlər, eyni zamanda, təxribatlar gözləyir. Və buna hazırlıqlı olmalıyıq.




Paylaş:


Müəllif : Tarix:
6-12-2021, 13:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər