reklam
Regionxeberlericom.az » Siyasət » Baydendən sərt mesaj: “Rusiyanın istənilən hücumu...“ - Müharibə təhlükəsi böyüyür

reklam

Baydendən sərt mesaj: “Rusiyanın istənilən hücumu...“ - Müharibə təhlükəsi böyüyür







ABŞ Rusiyanın ehtimal edilən “hücum”unun olacağı təqdirdə öz qoşunlarını Ukraynaya deyil, qonşu NATO ölkələrinə göndərmək niyyətindədir.

Ağ Evin saytı xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden həftə sonunu keçirdiyi Delaver ştatının Vilminqton şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib.


Çıxış Ağ Evin saytında yayımlanıb. Dövlət başçısından Rusiya Federasiyasının basqın edəcəyi təqdirdə Ukraynada Amerika qoşunlarının yerləşdirilməsi ideyasından niyə imtina etmək qərarına gəldiyini soruşulub.

Prezident bildirib ki, bu məsələyə heç vaxt baxılmayıb:

"Siz Rusiya ilə döyüş meydanında vuruşmaq üçün Amerika qoşunlarını Ukraynaya müharibəyə göndərməyə hazırsınızmı?", - deyə Prezident özü sual verib. Baydenin sözlərinə görə, o, Rusiya lideri ilə onlayn sammit zamanı Vladimir Putinə "hücum" olarsa, Amerika qoşunlarının NATO-nun şərq cinahında yerləşən Buxarest doqquzluğu” (B9) ölkələrinə (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) göndəriləcəyini deyib:

"Biz NATO-nun şərq cinahına daha çox NATO və Amerika qoşununu göndərməli olacağıq - bütün NATO ölkələrini Rusiyanın istənilən hücumundan qorumaqla bağlı müqəddəs öhdəliyimiz var. Birləşmiş Ştatlar Ukrayna xalqını müdafiə qabiliyyəti ilə təmin etməyə davam edəcək”. (modern.az)




Paylaş:


Müəllif : Tarix:
12-12-2021, 10:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər