reklam
Regionxeberlericom.az » Siyasət » Ölkə seçkiyə gedir: yarışa kimlər qatılacaq?

reklam

Ölkə seçkiyə gedir: yarışa kimlər qatılacaq?


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında Milli Məclisdə boş qalan dairələrə yaxın vaxtlarda seçkilərin keçiriləcəyini deyib.

MSK sədri bildirib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır.

Məsələ ilə bağlı nəticələri ləğv olunan 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən lider namizəd, “Müsavat Media Qrup”un rəhbəri Rauf Arifoğlu yenidən seçkilərə qatılmaq fikrində olduğunu deyib:

“Seçkilər təyin olunsun, vaxt dəqiqləşsin, zamana görə reaksiyamızı bildirərik. Bəli, seçkilərə qatılmaq fikrim var. Amma Məzahir Pənahov zamanla bağlı dəqiq açıqlama verməyib. Təxminən 2 ildir bunu deyir, mənim Məzahir Pənahova etimadım yoxdur”.

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən əsas namizədlərdən hesab olunan Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə bildirib ki, Prezident seçkilərlə bağlı fərman verdikdən sonra, qərarını açıqlayacaq:

“Mən siyasi mübarizəni fərd olaraq aparmıram. Mən siyasi mübarizəni bir siyasi institutun, bir partiyanın siyasəti çərçivəsində aparıram və onun sözçüsüyəm. Ona görə də mən qərarları fərdi qəbul etmirəm. Seçki haqqında Prezident fərman verəcəksə, o fərmandan sonra partiyanın səlahiyyətli qurumları ilə bunu müzakirəyə çıxaracağıq və qərar nə olacaqsa, mən onu qəbul edəcəm. Düzdür, bu seçki mütləq olacaq. Amma vaxt müəyyən olunandan sonra biz partiya olaraq qərarımızı bildirəcəyik”.

Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, Ağ Partiyanın Azərbaycanda keçiriləcək bütün seçkilərdə iştirak etməklə bağlı qərarı var:

“İdarə heyətinin qərarına görə boykot sessiyası bizdə ümumiyyətlə yoxdur. İstənilən halda, seçkinin ya demokratik, ya da əvvəlki kimi antidemokratik keçirilməsindən asılı olmayaraq prosesdə iştirak edəcəyik. Tutaq ki, orada hər hansı bir saxtakarlıq olarsa da, onun ifşası üçün belə prosesin içində olmaq önəmlidir. Ona görə biz heç vaxt boykotun tərəfdarı olmamışıq. Təbii ki, iştirak edəcəyik. Yəqin ki, Ağ Partiya olaraq bütün dairələrdə namizədlə çıxış edəcəyik. Düzdür, hələ tarix, vaxt bilinmir, qeyri-müəyyən bir ifadə işlənilib və bunu da doğru hesab etmirəm. Çünki Məzahir Pənahov Seçki Komissiyasının bir nömrəli adamıdı, bir tarix, bir ay, ən azından bir fəsil deyə bilərdi. Məzahir Pənahovun iqtidar daxilində siyasi qərarlar vermək statusu olmadığı üçün, iqtidar daxilində siyasi səlahiyyətli şəxslərdən bu ifadələri eşitsək daha inandırıcı olar. Amma ümumilikdə seçkilər mütləq keçiriləcək”.(Bakupost)




Paylaş:


Müəllif : Tarix:
14-12-2021, 13:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər