Bayden demokratiyanı gücləndirməyə söz verdi: inqilablar gəlir? - siyasətçilərin çarpaz baxışı
Ötən həftə başa çatan demokratiya uğrunda virtual sammiti ABŞ administrasiyası uğurlu və ruhlandırıcı hesab edir. “Yeni Müsavat” xəbər verir ki, bu haqda “Turan”ın Vaşinqton müxbiri bildirib. Prezident Co Baydenin sözlərinə görə, bu tədbir göstərdi ki, demokratik aləm hər yerdə var. O, ABŞ-da və dünyada demokratiyanı gücləndirəcəyini vəd edib. Bayden bəyan edib ki, avtokratiya dünyada insanların qəlbində alovlanan azadlıq atəşini söndürməyəcək və əlavə edib ki, demokratiyanın müdafiəsi bütün cəmiyyətlərdən səy tələb edir.
ABŞ dövlət katibinin müavini Uzr Zeyan isə 2022-ci ili intensiv iş ili adlandırıb: “Bu, əməkdaşlıq, yaradıcılıq, həmçinin avtoritar rejimlərin buna yol verməməklə bağlı səylərindən asılı olmayaraq, demokratların dünya vətəndaşlarını dəstəkləyə biləcəyinə əminlik tələb edəcək”, - Zeyan belə deyib. ABŞ rəsmisinin sözlərindən belə anlamaq olar ki, Bayden administrasiyası 2022-ci ildən dünyada demokratiyanın inkişafı adı ilə yeni proseslərə, hətta kataklizmlərə səbəb ola bilər.
“Sammitdə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və xeyriyyə birliklərindən əlaqədar şəxslərlə tərəfdaşlıq şəraitində işləyəcəyik” mesajını yalnız belə qiymətləndirmək olar ki, Amerikadan ayrı-ayrı ölkələrə təzyiqlər artacaq, fəallaşma müşahidə olunacaq, daxili siyasətə müdaxilə ediləcək. Bəs bunun Azərbaycanda siyasi-diplomatik tərcüməsi nədir? ABŞ və müttəfiqləri bəzi ölkələrdə rəngli inqilablara hazırlaşırmı?
Sərdar Cəlaloğlu: “Məni çağırmırsan, amma deyirsən ki, demokratikləş, qeyri-demokratik ölkələr dəvət olunmalıydı, demokratik ölkəni sammitə çağırıb hansı tövsiyələri verəcəksən?”
Hələ bu ilin yanvarında Baydenin andiçməsindən əvvəl və sonra onun Rusiyanı, Türkiyəni və bu iki dövlətin yaxın müttəfiqlərini hədəf alacağı proqnozlaşdırılırdı. Amma ABŞ əvvəlki gücdə görünmür, daxilində xeyli problemlər həllini tapmayıb. O halda demokratiya sammitini güc nümayişi kimi dəyərləndirmək mümkündürmü? Bu sammit dünya siyasətinə, Yaxın Şərqdəki münaqişə ocaqlarına nə vəd edir? Bəs Azərbaycana Vaşinqtondan təzyiqlər arta bilərmi? Nəzərə alsaq ki, İran və Çin amili Bakını Vaşinqton üçün günbəgün zəruri edir, eyni zamanda İsrail Azərbaycanla dostluq əlaqələrinə malikdir, o zaman Bayden bizi sıxarmı?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, “Demokratiya sammiti”ni avtoritar rejim olan ölkələrdə rəngli inqilablar üçün hazırlıq tədbiri kimi qiymətləndirmək olmaz. Partiya sədrinin sözlərinə görə, bu sammit hansısa qərarların qəbul olunması xarakteri daşımırdı: “Azərbaycanda demokratiyanın inkişafı üçün heç bir dəstək yoxdur. Əvvəl Mili Demokratiya İnstitutunun Bakıda ofisi fəaliyyət göstərirdi, vətəndaş cəmiyyəti, siyasi partiyalar, mətbuatla iş aparılırdı, hüquq pozuntularına reaksiya verilirdi. Ancaq 7-8 ildir bunu görmürəm. Ümumiyyətlə, 1915-ci ildə deyilirdi ki, ölkələr demokratikləşəcəklər, 100 il keçib, ölkələr qapanırlar”.
S.Cəlaloğlu hesab edir ki, ABŞ və Qərb üçün demokratiya artıq 4-cü yerdə dayanır: “Demokratiya artıq prioritet deyil, geopolitik, iqtisadi maraqlar önə çıxarılır. Dövlətlərlə iqtisadi müqavilələr bağlananda demokratik dəyərləri şərt kimi qoysalar, bəlkə hansısa nəticələr əldə etmək olar, amma bu tələblərin heç biri yoxdur. Digər tərəfdən, dövlətlər var ki, imperiyalardan çıxıblar. Bu mənada xalqların demokratik inkişaf yolunda spesifik cəhətlərini qeyd etmək lazımdır. Ona görə xalqların demokratikləşməsi ilə milli dövlətçiliyin demokratikləşməsi fərqlidir”.
ADP sədrinin fikrincə, “Demokratiya sammiti”nə demokratik ölkələrin dəvət olunması qəribədir: “Sən məni çağırmırsan, amma deyirsən ki, demokratikləş. Əksinə, qeyri-demokratik ölkələr dəvət olunmalıydı ki, onlara bu yöndə dəstək verilsin. Demokratiyanı əməkdaşlıqla inkişaf etdirmək olar. Demokratik ölkələri necə demokratikləşdirirsən? Yəni burada bir ziddiyyət var. Bu ölkə demokratikdirsə, onu sammitə çağırıb hansı tövsiyələri verəcəksən?”
Arzuxan Əlizadə: “Bu sammit Amerikanın hansı dövlətləri qarşısında, hansını yanında görəcəyini xarakterizə edən format idi”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin sözlərinə görə, əvvəla, virtual toplantının “Demokratiya sammiti” adlanması yanlışdır: “Ora dəvət olunan ölkələr var idi ki, onlarda demokratiyadan heç əsər-əlamət yoxdur. Ona görə sözügedən toplantı daha çox Amerikanın güc nümayişi idi və gələcəyə hesablanmış bəzi məqamları da gözardı etmək olmaz. Məsələn, Çinin, Rusiyanın, türk dövlətlərinin çağırılmaması ABŞ-ın gələcəkdə yürüdəcəyi siyasətin işartıları kimi qiymətləndirilə bilər”. AMİP lideri hesab edir ki, ona görə də ABŞ-ın demokratik ölkələrlə işləmək tövsiyələri də əsas mahiyyəti pərdələmək niyyəti güdür: “Bu sammit Amerikanın qarşıdakı dövrdə hansı dövlətləri qarşısında, hansını yanında görəcəyini xarakterizə edən bir format idi”.
Natiq Cəfərli: “Əslində ”kim mənimlədir, kim mənimlə deyil" sammiti idi, əsas qayəsi demokratiya deyildi, Amerikanın yeni quruluşları sınaqdan keçirməsi idi"
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yada saldı ki, Tramp administrasiyası, sonra Bayden administrasiyası rəngli inqilabların effektiv olmadığını bəyan ediblər: “Bəzi ölkələrdə, əsasən Şimali Afrika və Şərqi Asiya ölkələrində uğursuz olmasını etiraf ediblər. Amma bunun adı ”demokratiya sammiti" olsa da, əslində “kim mənimlədir, kim mənimlə deyil” sammiti idi. Məsələn, 20-yə yaxın Afrika ölkəsi var idi, NATO ölkəsi olan Macarıstan və Türkiyə yox idi. Türkiyədə demokratiya ilə bağlı müəyyən problemlər ola bilər, amma Afrikadan ki yaxşıdır. Həmçinin Macarıstan, bu ölkədə koalision hökumət var, Avropa Birliyi ölkəsidir, seçkisi var. Ona görə bu sammit ciddi suallar yaradır".
N.Cəfərli hesab edir ki, sammit ABŞ-ın yeni quruluşlara keçid üçün test etməsi idi: “Mənim üçün təəccüblü oldu ki, beynəlxalq əlaqələr komitəsinin köməkçisi Sallivan BMT-nin köhnəldiyini açıqladı. Sanki yeni BMT yaradılmasına hazırlıq gedir. Yəni sammitin əsas qayəsi demokratiya deyildi, Amerikanın yeni quruluşları sınaqdan keçirməsi idi. Hər halda, yeni qurumların, təsisatların yaradılması nəzərdə tutulur”.(Yeni Müsavat)
Paylaş:
Müəllif : Fuad
Tarix:14-12-2021, 13:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər