reklam
Regionxeberlericom.az » Siyasət » Fransa prezidentliyinə namizəd xanım Azərbaycanda arzuolunmaz şəxs elan olunacaq - LAZIMDIR!

reklam

Fransa prezidentliyinə namizəd xanım Azərbaycanda arzuolunmaz şəxs elan olunacaq - LAZIMDIR!












Xəbər verdiyimiz kimi, Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib.

Musavat.com-un rəsmi qaynaqlardan əldə etdiyi məlumata görə, Pekres Azərbaycanda arzuolunmaz şəxs elan ediləcək və Azərbaycan hökumətinin bu qərarı yaxın saatlarda açıqlanacaq.

Valeri Pekresin Ermənistana, sonra isə Xankəndinə səfəri siyasi avantüradır. Əgər o prezident seçilərsə, Fransa ilə Azərbaycan arasında əlaqələrin aqibəti necə olacaq?

Əgər Pekres prezident seçilərsə, bu həm Fransa-Azərbaycan əlaqələrinin, həm də ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyinin, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun sonu deməkdir.

Makron Fransanın daxilində formalaşmış konyukturu nəzərə alaraq, erməni lobbisinin münasibətini əldə etmək üçün açıq şəkildə Ermənistanı dəstəkləsə də, mövcud reallığı başa düşürdü. Ona görə də qırmızı xətti keçmədi, beynəlxalq qanunvericiliyi, dünyada formalaşmış davranış standartlarını tapdaq altına atmadı.

Pekres kimilərini isə Fransanın maraqları, hətta öz ölkəsinin Azərbaycanın qismində Cənubi Qafqazı itirəcəyi təhlükəsi də düşündürmür.




Paylaş:


Müəllif : Tarix:
23-12-2021, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər