İrandan ikibaşlı siyasət: Məqsəd nədir? - HƏQİQƏTƏN DƏ...
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfəri məhsuldar olub.
İranlı nazir Bakıda olmağından məmnunluq ifadə edərək Azərbaycan Prezidenti ilə çox faydalı görüşün keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını söyləyib.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, "İranlı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə uğurla həyata keçirilən əməkdaşlıq münasibətləri barədə fikir sölyədikdən sonra diqqət çəkən bir başqa cümlə də işlədib: “İranla Azərbaycan hərbi-siyasi sahədə əməkdaşlıq etmək barədə müzakirələr aparıb”:
“Bunun ardınca, iranlı nazir bildirib ki, region ölkələri arasında olan problemləri həmin dövlətlər özləri həll etməlidir. Ceyhun Bayramov hərbi əməkdaşlıq mövzusuna toxunmadan bildirib ki, Azərbaycan İranın ərazilərin minalardan təmizləmə təcrübəsindən yararlanmaq istəyir.
Bəli, bu mümkündür. O ki qaldı, iranlı nazirin “region ölkələri arasında olan problemləri həmin dövlətlər özləri həll etməlidir” cümləsinə, bu da ikibaşlı cümlədir. Azərbaycan Ermənistanın işğalına öz gücüylə son qoydu, ancaq hələ görüləcək işlər də var. Azərbaycan İranla münasibətlərdə yaranan gərginliyi də üçüncü ölkə olmadan yoluna qoydu”. //Cebhe.info//
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2021, 15:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər