Paşinyan Konstitusiyaya ƏL GƏZDİRMƏZSƏ... - Barışıq alınmaya bilər...
Ermənistan yeni konstitusiya qəbul etməyə hazırlaşır. Baş nazir Nikol Paşinyanın konstitusiya islahatları ilə bağlı qərarına əsasən yaradılacaq Şura bu istiqamətdə işləyəcək. Ekspertlərin fikrincə, yeni konstitusiya Paşinyana hakimiyyətini möhkəmləndirmək üçün lazımdır. Hərçənd bu qərar 44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyət, Azərbaycanla mümkün sülh sazişinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması gözləntiləri fonunda da diqqət çəkir.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə vurğulayıb ki, bu prosesdə Ermənistanın Müstəqillik Bəyannaməsi əsas maneələrdən biridir. Ekspertin sözlərinə görə, 12 bəndlik bəyannamə qondarma “Dağlıq Qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “miatsum” qərarına əsaslanır:
“Bəyannamənin 11-ci bəndində deyilir ki, “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni “soyqırımının” beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Qondarma “miatsum” ideyası Azərbaycana qarşı, 11-ci bənd isə Türkiyəyə qarşı ərazi iddiasının, eləcə də qondarma “soyqırımı” iddiasının irəli sürülməsidir. Və Ermənistan Konstitusiyasında bəyannamənin yerinə yetirilməsi əsas vəzifələrdən biri kimi yer alır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyən Ermənistan bəyannamədən imtina etməli, ən vacibi isə konstitusiyasını dəyişdirərək, “bəyannamənin yerinə yetirilməsi vəzifəsini” çıxarmalıdır. İstisna deyil ki, Ankara-İrəvan danışıqlarında, eləcə də Bakı və İrəvanın yekun sülh müzakirələrində bu məsələlər müzakirə ediləcək. O da istisna deyil ki, Paşinyanın konstitusiya islahatları qərarının səbəblərindən biri qonşu olmaq istədiyi ölkələrə - Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi baxımdan aradan qaldırılmasıdır. Əks təqdirdə, normallaşma prosesi və hərtərəfli sülh çətin və kövrək olacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-12-2021, 08:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər