reklam
Regionxeberlericom.az » Siyasət » Cənubi Qafqazda dövlət çevrilişi ssenarisi... - NƏ BAŞ VERİR?

reklam

Cənubi Qafqazda dövlət çevrilişi ssenarisi... - NƏ BAŞ VERİR?















Rusiya olmadan Ermənistan heç nədir! Belə hiss olunur ki, hazırda Ermənistan əhalisinin əsas məqsədi mümkün qədər tez ölkəni tərk etməkdən ibarətdir. Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin son dərəcə dinamik inkişaf etməsi fonunda Moskva üçün tam olaraq əhəmiyyətini itirib. Bu sözləri axar.az-a açıqlamasında rusiyalı ekspert, tarix elmləri doktoru Aleksey Malaşenko bildirib.

“Cənubi Qafqaz regionunda sabitlik barədə danışsaq, 2022-ci ildə həm Gürcüstanda, həm də Ermənistanda böyük siyasi və sosial dəyişikliklər gözlənildiyini proqnoz edə bilərik. Bu ölkələrdə dövlət çevrilişi ssenarisi tamamilə mümkündür. Azərbaycan haqqında fikir söylənilsə, bu ölkənin bölgədə öz mövqelərini getdikcə daha da gücləndirdiyini deyə bilərik. Yeri gəlmişkən, İrəvanda anlamağa başlayıblar ki, Ankara və Bakı ilə münasibətləri normallaşdırmadan ölkə iqtisadiyyatında hər hansı inkişaf gözləməyə dəyməz”, - Malaşenko qeyd edib.

Ekspertin fikrincə, Ermənistanda bəziləri Paşinyanı Türkiyə və Azərbaycanla normallaşma kursuna görə lənətləyəcək, amma onu xilaskar adlandıranlar daha çox olacaq.




Paylaş:


Müəllif : Tarix:
24-12-2021, 10:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər