Ermənilərin növbəti təxribatı: - Bakı antiterror əməliyyatı əmrini nə vaxt verəcək?
Qanunsuz erməni silahlı qruplaşmaları növbəti dəfə atəşkəsi pozublar.
Hadisə nəticəsində Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşı yaralanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Ermənistanın vəziyyəti gərginləşdirməyə cəhd etməsi qəbuledilməzdir. Məhz İrəvan sülh danışıqlarını pozmağa çalışır. Qanunsuz erməni silahlı dəstələri tərəfindən dinc sakinlərə qarşı da atəş açmaqdan çəkinmirlər. Hətta bunu Araik Artyunyanın “son nəfəsi” kimi dəyərləmdirmək olar.
Maraqlıdır, ermənilərin növbəti təxribatına qarşı hansı addımlar atılacaq?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, bu addımı atanları dərhal sərt şəkildə cəzalandırmaq lazımdır:
“Düşünürəm ki, Azərbaycan əhalisinə güllə atanlara top atmaq lazımdır. Belə sərt qərarlar vermək lazımdır ki, bir də heç kim buna cəsarət edə bilməsin.
Düşmənə güzəştə getdikcə, onların iddialarının da sayı artır. Buna görə də onlara qarşı heç bir güzəşt olmamalıdır. Ümumiyyətlə, Azərbaycan vətəndaşına güllə atanlar haqqında dərhal sərt tədbirlər görülməlidir.
Nəzərə almaq lazımdır ki, Qarabağdakı qondarma qurumun 435 milyon dollarlıq büdcəsi var. Yəni dünyadakı böyük güclər onların fəaliyyət göstərməsində maraqlıdır. Hesab edirəm ki, Araik Arutyunyan özbaşına elə bəyanatlar verə və qudurğan hərəkətlər edə bilməz. Onu bu addımları atmağı üçün stimullaşdıranlar var. Ona görə də Araik belə təxribatlara əl atır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-12-2021, 14:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər