reklam
Regionxeberlericom.az » Siyasət » Rəisi-Paşinyan telefon söhbətində Azərbaycandan danışıldı

reklam

Rəisi-Paşinyan telefon söhbətində Azərbaycandan danışıldı















"Tehran və İrəvan arasında əməkdaşlıq və iqtisadi mübadilələrin səviyyəsinin inkişafı bütün tərəflərin maraqlarını təmin etməklə, şübhəsiz ki, təhlükəsizliyi təmin edəcək".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığında İran prezidenti İbrahim Rəisi bildirib.

Prezident iki ölkə arasında qonşular arasında müxtəlif səviyyələrdə davamlı ünsiyyətin və dialoqun aparılmasının zəruriliyini vurğulayıb:

“Qafqaz regionunda vəziyyətin həssaslığı region ölkələrindən mütəmadi olaraq regional və ikitərəfli məsələləri müzakirə etməyi tələb edir”.

İbrahim Rəisi qeyd edib: "İslam Respublikasının prinsipial siyasəti ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstək verməkdir. Bu kontekstdə Tehran Ermənistanın bütün əraziləri və bu ölkədən keçən nəqliyyat xətləri üzərində suverenliyini dəstəkləyir".

Tehranın Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında danışıqlar prosesində əldə olunan irəliləyişi alqışladığını ifadə edən İbrahim Rəisi əlavə edib:

“Ümid edirik ki, iki ölkə arasında digər məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq, regionda sülh, sabitlik və daha çox təhlükəsizliyin şahidi olacayıq".




Paylaş:


Müəllif : Tarix:
3-01-2022, 19:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər