reklam
Regionxeberlericom.az » Siyasət » QAZAXISTANDA HÖKUMƏT İSTEFAYA GÖNDƏRİLDİ - Qazın qiymətini bahalaşdıran zavod direktoru saxlanıldı

reklam

QAZAXISTANDA HÖKUMƏT İSTEFAYA GÖNDƏRİLDİ - Qazın qiymətini bahalaşdıran zavod direktoru saxlanıldı

















Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. “Report”un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.

Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.

Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.

O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.

Eyni zamanda Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru saxlanılıb. Məlumatı “Zakon.kz” yayıb.

Bildirilib ki, onunla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.

Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen rayonu başda olmaqla Manqistau vilayətinin digər bölgələrində etiraz aksiyaları keçirilib. Sakinlər maye qazın qiymətinin kəskin artmasına etiraz ediblər. Ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Hökumət Manqistau vilayətində maye qazın qiymətini 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev vilayətdə yanvarın 19-dək fövqəladə vəziyyət rejimi elan edib.




Paylaş:


Müəllif : Tarix:
5-01-2022, 10:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər