“PUTİN BAHALI LİBAS GEYİNMİŞ XULİQANDIR” - “O, qorxudur, təhqir edir, yalan danışır, beynəlxalq müqavilələri pozur...”
Ukrayna ətrafında yaranmış gərginliyi azaltmaq üçün ABŞ və Rusiya prezidentlərinin keçən ilin iyulunda başlatdıqları strateji təhlükəsizlik dialoqu davam etdiriləcək. Belə ki, Ukraynanın ərazi bütövlüyü və daha geniş mənada Avropa qitəsinin təhlükəsizliyi ilə əlaqədar məsələlər yanvarın 10-da Cenevrədə keçiriləcək danışıqların mərkəzində duracaq.
Analitiklərin fikrinə görə, bu görüşdə Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədi iki mühüm məsələni həll etməkdir. Bunlar Ukraynanın NATO-ya qəbul edilməsinin qarşısını almaqdan və Rusiyanın dünya arenasındakı rolunun artırılmasına nail olmaqdan ibarətdir.
“AzPolitika.info” sözügedən görüş və Prezident Putinin həyata keçirmək istədiyi planlar barəsində beynəlxalq KİV-lərdə gedən bəzi fikirləri oxuculara təqdim edir.
Fransanın “Les Echos” qəzeti “ Rusiyanın qüdrətini təsdiqləmək üçün Putin Ukraynadan necə istifadə edir” başlıqlı məqaləsində yazır: “Fransa beynəlxalq əlaqələr institutu”nun (French institute of international relations) təhlilçisi Toma Qomarın fikrinə görə, Valdimir Putin dünyanı inandırmaq istəyir ki, o, Rusiyanın əvvəlki qüdrətini özünə qaytarıb. Cenevredə oynanılacaq oyun Ukrayna böhranı və NATO-nun genişlənməsi çərçivəsindən çıxır. Bu danışıqlarla Rusiya nümayiş etdirmək istəyir ki, onun mühüm geosiyasi rol oynaması üçün əlində lazımlı vasitələri var. Beləliklə, yeni rol Moskvanı ABŞ kimi fövqəldövlətlə bir sıraya qoyacaq və göstərəcək ki, Rusiya bütün Avropada təhlükəsizliyə təsir göstərə bilər.
Burada Rusiya üçün digər müsbət məqamlar da var. Vaşinqton ilə dialoq Rusiyanı regional dövlət statusundan çıxarır. Vaxtilə Obama Rusiyanı regional statusa malik dövlət adlandırmışdı. Həmin dialoq Transatlantik birliyini də zəiflədə bilər, çünki Avropa Birliyi və onun üzvləri bu diskusiyalarda iştirak etmir. Bütün bunlar Putinə ən azından üç məsələni həll etməyə imkan verir:
Birincisi, Qərbin keçmişdə baş vermiş hadisələrə - Krımın ilhaqına və Donbas üzərində Rusiyanın hökmranlığına qarşı yönəltdiyi ittihamları heçə endirmək. Bəlkə də, Rusiyanın Ukrynaya müəyyən təsirinin qaçılmazlığını Qərbə qəbul etdirmək mükmün oldu.
İkincisi, Putin NATO-nun genişlənmə siyasətini durdurmaq istəyir. Bu məqsədlə Rusiya tərəfindən masanın üstünə iki müqavilə layihəsi qoyulub.
Üçüncüsü, Rusiya siqnal verir ki, Moskva və Vaşinqton Avropadakı təhlükəsizlik məsələlərini birikdə həll edirlər.
Əlbəttə, avropalılar tamamilə oyundan kənar qalmayıblar. NATO üzvü olan Avropa Birliyi ölkələri 12 yanvarda keçiriləcək Rusiya-NATO görüşündə iştirak edə bilərlər. Həmçinin, 13 yanvarda Avropanın bütün ölkələrini, həmçinin də ABŞ və Rusiyanı özündə birləşdirən ATƏT-in yığıncağı keçiriləcək. Avropa Şurasına yanvarda rəhbərlik edəcək Fransa da bu danışıqlarda AB-nin “strateji kompası”nın diqqətə alınamasına səy göstərəcək.”
Almaniyanın nüfuzlu “Die Welt” qəzeti “Putin bahalı libas geyinmiş xuliqandır” başlıqlı məqaləsində Rusiya Prezidentinin Ukrayna sərhədi boyunca müxtəlif hərbi əməliyyatlar keçirməklə Avropanı necə təhdid etməsinə toxunur. Həmin məqalədə deyilir: ”Rusiya ABŞ və NATO-nu yaxın vaxtlarda “strateji sabitlik barəsində dialoqa” başlamağa məcbur edib. Beləliklə, Kreml rəhbəri Vladimir Putin Rusiya-Ukrayna sərhədinə qoşun yığmaqla özünün birinci mühüm strateji məqsədinə nail olub. Bundan sonra Moskva və Vaşinqton bir-biri ilə bərabər səviyyədə danışacaqlar. Moskvanın nöqteyi-nəzrəindən bu, böyük uğurdur.
Əgər qüvvələr nisbətinə baxsaq, onda görərik ki, Rusiyanın Ümumu Daxili Məhsulu İtaliyanın da müvafiq göstəricisindən aşağıdır, Moskvanın illik hərbi xərci 60 milyard dollar təşkil edir ki, bu da ABŞ-ın hərbi büdcəsindən 12 dəfə azdır. Yəni ki, Rusiya nəhəng dövlət deyil. Amma hər halda, Putin Qərbi təşvişə salır. O, qorxudur, təhqir edir, yalan danışır, beynəlxalq müqavilələri pozur və Qərbin strateji səhvlərindən amansızlıqla istifadə edir. Putin bahalı libas geyinmiş xuliqandır.
Görüş zamanı Putinə anlatmaq lazımdır ki, o, öz şərtlərini diktə edə bilməz. Bu danışqlarda təkcə amerikalılar və NATO deyil, həmçinin ATƏT, BMT və Avropa Şurası da iştirak etməlidir. Etiraf edək ki, yaxın aylarda Rusiyanın Ukraynaya hücuma keçəcəyi gözlənilmir. Lakin Putin təxribatını davam etdirir. Milad bayarmı ərəfəsində Moskva bir neçə hipersəs “Sirkon”raketini sınaqdan keçirib. Sonra məlumat gəldi ki, 10 min əsgər Ukrayna sərhədindən daimi dislokasiya yerlərinə qayıdıb. Bunlarla bərabər Kreml ölkənin qərb sərhədində min nəfər əsgərin iştirakı ilə hava hücumunun dəf edilməsi manevrlərini həyata keçirib.
Ən başlıcası odur ki, Qərbdə heç kimi Putinin bu tamaşalarına əhəmiyyət verməməlidir. İndi Rusiya Prezidenti gərginliyin artırılması və azaldılması klaviaturası üzərində oynamaqla xaos yaratmağa çalışır. Bununla o, danışıqların iştirakçıları arasında qorxu, təzyiq və inamsızlıq yaratmaq istəyir.”
Baş verənlərə Ukrayna mətbuatının necə yanaşması da maraq doğurur. Ukraynanın “Strana.ua” internet portalı “Yeni il ərəfəsində Bayden və Putin hansı qərara gəliblər” başlıqlı məqaləsində iki dövlətin gəldiyi qəraraları aşağıdakı kimi ümumiləşdirib:
1.Bu danışıqların məqsədi növbəti yanvar danışıqları öncəsi diplomatik “artileriya hazırlığı” həyata keçirməkdir. Məsələlər NATO və ATƏT vasitəsi ilə deyil, birbaşa amerikalılar və ruslar arasında müzakirə olunacaq.
2.Real mövzular içərisində zərbə silahlarının Ukraynada yerləşdirilməsindən imtina olunması da yer alıb. Rusiya tərəfinin versiyasına görə, bunu Bayden bəyan edib. Görünür ki, bu, yanvar danışıqlarının əsas mövzularından biri olacaq.
3.Çox mühüm məqam Ukraynaya hücuma görə Rusiyaya qarşı sanksiya tətbiqi məsələsidir. Bayden bildirib ki, Ukraynaya müdaxilə edilərsə, Rusiyaya qarşı iqtisadi məhdudiyyətlər qoyulacaq və NATO onun sərhədlərində qruplaşmalarını artırmağa başlayacaq.
4.Buna baxmayaraq, hələlik dialoq kənara atılmayıb. ABŞ təsdiq edib ki, Rusiyanın təkliflərində qəbulolunan müddəalar var və bunlar danışıqların gedişində müzakirə ediləcək. Belə hesab edək ki, əgər bu istiqamətdə həqiqətən də tərəqqi olarsa, gərginlik kəskin şəkildə düşəcək.
5.Bu dəfə tərəflər Minsk müqaviləsi barədə heç nə danışmayıblar, amma əvvəlki görüşdə bu müqavilə əsas mövzu idi. Lakin bu, Donbasdakı münaqişənin həll olunması məsələsinə fasilə verilməsi anlamına gəlmir.”(Azpolitika)
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2022, 09:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər