Paşinyan Moskvaya öz adamını göndərdi, yoxsa... - NƏ BAŞ VERİR?
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan bu ölkənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Yanvarın 5-də Ermənistan prezidenti Armen Sərkisyan bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, yeni səfir 1956-cı ildə noyabrın 28-i Gürcüstanın Axalkələk (Axalkalaki) şəhərində anada olub. O, 1978-ci ildə Bakıda S.Kirov adına Xəzər Ali Dənizçilik Məktəbini bitirib. Arutyunyan 1978-1990-cı illərdə Uzaq Şərqdə hərbi xidmət keçib. 1991-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasını və Hərbi Dəniz Akademiyasını bitirib. Vaqarşak Arutyunyan 1991-1992-ci illərdə daxili işlər nazirinin müavini, Ermənistan Respublikasının Müdafiə Komitəsi sədrinin müavini olub. O, 1992-1994-cü illərdə MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş Qərargah rəisinin müavini vəzifəsini daşıyıb. Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. Daha sonra isə o, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb və müxalif Respublika Partiyasına üzv olub. 2005-ci ildə o, Albert Bazeyanla “Milli Dirçəliş” partiyasının əsasını qoyub. 2007-ci ildə bu partiya Arutyunyanın etirazlarına baxmayaraq “Ramkavar Azatkan” partiyası ilə birləşir. 2002-ci ildə isə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan Vaqarşak Arutyunyanı general-leytenant rütbəsindən məhrum edib. 2019-cu ildə isə Ermənistanın hazırkı prezidenti Armen Sarkisyanın sərəncamı ilə onun hərbi rütbəsi bərpa olunub. Vaqarşak Arutyunyan 20 noyabr 2020-ci ildə Ermənistanın müdafiə naziri təyin olunub. 2021-ci ilin iyulunda istefaya göndərilib. Hələ bir müddət əvvəl də yazılırdı ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadakı səfiri Vardan Toqanyandan yaxa qurtarmaq istəyir. Bildirilirdi ki, Paşinyan bu vəzifəyə diplomatiyada naşı olan general Vaqarşak Arutyunyanı təyin etmək istəyir. Lakin Vaqarşak Arutyunyanın namizədliyi rusların ürəyincə olmayıb və Rusiya bunu açıq şəkildə bildiribmiş. Rəsmi Moskva hətta Vardan Toqanyanı Rusiya-Ermənistan arasındakı müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif etdi. Amma belə görünür ki, Rusiya Arutyunyana sonda “yaşıl işıq” yandırmalı olub. Bu da səbəbsiz deyil. Belə ki, müdafiə naziri olduğu dövrdə onun Rusiya ilə, xüsusilə müdafiə naziri Sergey Şoyqu ilə əlaqələri möhkəmlənmişdi. Yəni hər iki ölkə üçün mühüm posta Paşinyanın arzuladığı deyil, həm də Rusiyanın istədiyi kadr təyinat alıb demək olar. Maraqlıdır, Rusiyada səfiri postu niyə belə mühümdür? Əsas təlimatlar Moskvaya və İrəvana səfir üzərindənmi göndərilir?
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Rusiyaya səfir olaraq hərbçini təyin etməsi bu ölkə ilə ilk növbədə hərbi əməkdaşlığını davam etdirməsi anlamına gəlir: “Ermənistanda hakimiyyət elitası və ondan kənardakı qüvvələrin böyük əksəriyyəti bu fikirdədir ki, Ermənistan ordusunu dirçəltmək və gələcəkdə Azərbaycana qarşı hərbi üstünlük yaratmaq üçün yenə Rusiyanın yardımına ehtiyac olacaq və Rusiya bu mənada Ermənistan üçün vazkeçilməz bir dövlətdir. Paşinyan bu təyinatı ilə şübhəsiz Rusiyanın istəklərini də nəzərə alıb. Arutyunyanın müharibədən sonra müdafiə naziri təyinatı da Rusiyanın istəyi ilə olub və bu dəfə də bu təyinatı etməklə o, Rusiyaya bağlılığını nümayiş etdirir. Həm də Paşinyan Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasətin səfir vasitəsilə həyata keçirilməsi anlamında Arutyunyanın önəmli rol oynayacağına inanır”. Q.Çaxmaqlı maraqlı məqama toxundu: “Yeni səfirin diplomatik təcrübəsi olmasa da o, hərbi mənada ticarəti yaxşı bilir. Əslində Ermənistan Rusiyaya hərbi attaşe təyin edib”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə bildirdi ki, Rusiya ilə Ermənistan arasında əlaqələr hər zaman iki ölkə üçün, ələlxüsus da Rusiya üçün böyük önəm daşıyıb: “Ona görə ki, Cənubi Qafqazda Rusiyanın yeganə və ən əsas forpostu olan Ermənistanı uzun müddətə öz təsir dairəsi altında saxlamaq üçün Rusiyanın geniş düşüncələri və uzaqgedən məqsədləri var. Ona görə də həm Rusiya öz səfirini Ermənistana təyin edəndə, həm də rəsmi İrəvan öz elçisini Moskvaya göndərəndə bu və digər amilləri nəzərə alırlar. İndi də Vaqarşak Arutyunyanın səfir kimi bədnam qonşularımızı Moskvada təmsil edəcəyi xəbərini də yuxarıda dediklərimizin bir növ təsdiqi kimi başa düşmək olar”. Ü.Cəfərov qeyd etdi ki, bu şəxs indiyə kimi çox siyasi və hərbi proseslərin içərisində olub: “Nəzərə alsaq ki, Moskva İrəvanla münasibətlərində bizim bildiyimiz və bir çox təxmin etdiyimiz, ya da bilmədiyimiz məsələlərdə xüsusi önəm kəsb edən addımlar atır, bu mənada Ermənistanın keçmiş müdafiə nazirinin səfir kimi bu işlərdə Moskva üçün önəmli fiqur rolu oynayacağı şübhəsizdir. Həm də bu adam Moskvaya bağlı olan bir siyasi-hərbi fiqur olduğuna görə onun Moskvada olması yəqin ki, ən yüksək səviyyədə razılaşdırılıb və bəyənilib”. Bu təyinatın Azərbaycana hər hansı təsirinin olub-olmayacağına gəldikdə, polkovnik qeyd etdi ki, yaxşı bir şey gözləməyə dəyməz: “Bu adam Azərbaycana düşmən mövqeyindən əl çəkməyən Ermənistanın həm keçmiş, həm də indiki söz sahibi olan şəxslərinin yaxın çevrəsinə daxildir və onların öz havadarları ilə birgə bölgəmizlə bağlı, konkret olaraq isə Azərbaycanla, Türkiyə ilə bağlı çox uzaqgedən məqsəd və məramları mövcuddur. Ona görə də bu şəxsin fəaliyyəti bizim xüsusi olaraq xarici kəşfiyyat orqanlarımızın da maraq dairəsində qalmalıdır. Zatən, belə işlər haqqında geniş danışılmasa da belə işlər mütləq mənada aparılıb və aparılır. Onu da unutmayaq ki, bu şəxs Rusiya sülhməramlılarının ünvanına az qala Rusiya rəsmilərindən qat-qat çox təriflər və mədhiyyələr yağdıran erməni siyasi-hərbi rəhbərlərindən biri olub”.
Qeyd edək ki, Ermənistanın sabiq müdafiə nazirinin istefaya göndərilməsi onun Qarabağa qanunsuz səfərindən sonraya təsadüf etmişdi. Rusiyanın adamı kimi tanınan və hətta Rusiya pasportu daşıdığı iddia olunan eks-nazirlə yollarını ayıran Paşinyan, görünür, “səhv”ini anlayıb, Rusiyanı da məmnun edəcək addıma gedib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-01-2022, 08:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər