reklam
Regionxeberlericom.az » Siyasət » “Qazaxıstan özünü vassal dövlət kimi apararaq çox səhv addım atdı” - Türkiyədən sensasion açıqlama

reklam

“Qazaxıstan özünü vassal dövlət kimi apararaq çox səhv addım atdı” - Türkiyədən sensasion açıqlama
















“İlk növbədə bunu demək lazımdır ki, 200 minlik ordusu olan Qazaxıstanın təxminən 4 min civarında olan KTMT hərbçilərindən yardım istəməsi, əsasən özünə inamın olmamasından qaynaqlanır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Təhlükəsizlik üzrə ekspert, Türkiyənin Bahçeşehir Universitetinin müəllimi Abdullah Ağar deyib.

Ekspertin sözlərinə görə, qazaxların genetikasına işləyən rus qorxusu və russayaq düşüncələri, bu məsələdə ən əsas amillərdən biridir:

“Bu problemi Qazaxıstan hökuməti təkbaşına həll edə bilsəydi, mütləq həll edə bilərdi. Lakin onlar hesab edirdilər ki, məsələ təkcə öz daxilində həll olunmalı olan bir məsələ deyil. Onlar sonradan bildilər ki, böyük bir oyunla qarşı-qarşıyadırlar.

Qazın qiymətindən başlayan iqtisadi narazılıq və onun nümayişlərə çevrilməsi istənilən ölkədə baş verə bilər. Lakin bunun bütün ölkəyə yayılması, silahlı xarakter almağa başlaması və dövlətin ən ali qurumlarına, dövləti təmsil edən dövlət idarələrinə, parlamentə, silahlı qüvvələrə qarşı qarşıdurmalara səbəb olması, ordunun xalqa qarşı silahdan istifadəsi bizə bunun iqtisadi əsaslı bir manipulyasiya olduğunu göstərir”.

Ekspertin sözlərinə görə, Qazaxıstan üzərində böyük bir oyun gedir:

“Tez-tez müşahidə etdiyimiz sabitliyi pozma əməliyyatları da burada var. Bu məqamda Rusiyanın nə etməyə çalışdığı ilə bağlı müxtəlif fikirlər də səslənir. Bunu ruslar etdi? Bəli, bu mümkündür. Yaxşı, başqa bir şey də var ki, ruslar bu hadisələrdən özlərinəməxsus fürsət tapdılarmı? Bəli, bu da mümkündür. Yəni Qazaxıstan hakimiyyəti manipulyasiya ilə üzləşib və bunun müqabilində ruslardan dəstək istəyib.

Amma sonda bir faktın altını cızmalıyıq. Bu gün Qazaxıstan çox böyük böhranla üz-üzədir. Bu, suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlıdır. Ona görə də, hesab edirəm ki, Qazaxıstan burada tam müstəqil, unitar dövlət kimi deyil, əksinə özünü proksi dövlət (vassal – red.) kimi apararaq çox səhv addım atıb.

Təbii ki, Rusiyanın burada geosiyasi hesablamaları var. Rusiya xüsusilə gələcək geosiyasi proqnozlarından asılı olaraq tədbirlər hazırlayıb və bu tədbirlərdən asılı olaraq Ukraynada, yəni həm qərbdə, həm cənubda, həm də şərqdə Çinə, Hindistana ABŞ-a, Avropa Birliyinə və Türk dünyasına qarşı bir sıra geosiyasi mövqelər hazırlayıb.

Bu mövqelərdən asılı olaraq Rusiyanın KTMT-dən çox yaxşı istifadə etdiyini, digər tərəfdən də bu oyunu çox hiyləgər və ağıllı oynadığını görürük”, - deyə ekspert yekunlaşdırıb.




Paylaş:


Müəllif : Tarix:
7-01-2022, 19:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər