reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ-ın Azərbaycandakı səfirliyindən Rusiya ilə bağlı diqqət çəkən paylaşım... - FOTO

reklam

ABŞ-ın Azərbaycandakı səfirliyindən Rusiya ilə bağlı diqqət çəkən paylaşım... - FOTO

















ABŞ-ın Azərbaycandakı səfirliyi “Facebook” sosial şəbəkəsində bu ölkənin dövlət katibi Entoni Blinkenin sözlərini paylaşıb.

Ssəfirliyin rəsmi “Facebook” səhifəsində yer alan paylaşımda deyilir: “NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.

Qeyd edək ki, dünən ABŞ-ın dövlət katibi Qazaxıstanda baş verən hadisələrə münasibət bildirib: "Qazaxıstan hakimiyyətinin ölkədəki etirazların qarşısını ala bilməsinə baxmayaraq, onların Kollektiv Təhlükəsizlik Təşkilatı (KTMT) üzvlərindən sülhməramlı qüvvələri çağırmağını başa düşə bilmirik.  Məncə, Qazaxıstan hakimiyyəti və hökuməti, şübhəsiz ki, bu etirazların öhdəsindən gəlmək imkanlarına malikdir. Onların niyə hər hansı xarici yardıma ehtiyacı olduğu aydın deyil. Ona görə də biz bu barədə daha çox öyrənməyə çalışırıq. Əlbəttə, biz sülhməramlıları və hüquq-mühafizə orqanlarını sülh yolu ilə həlli dəstəkləmək üçün beynəlxalq insan hüquqları standartlarına əməl etməyə çağırırıq. Düşünürəm ki, bundan dərs alına bilər. Yaxın tarix budur ki, ruslar evinizə girdisə onları evinizdən qovub çıxarmaq çox çətin olur”.





Paylaş:


Müəllif : Tarix:
8-01-2022, 15:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər