reklam
Regionxeberlericom.az » Siyasət » QAZAXISTANDAKI XAOSU BU ÖLKƏNİN KƏŞFİYYATI HAZIRLAYIB - Sensasiyalı detallar üzə çıxdı

reklam

QAZAXISTANDAKI XAOSU BU ÖLKƏNİN KƏŞFİYYATI HAZIRLAYIB - Sensasiyalı detallar üzə çıxdı












Rusiya kəşfiyyatı Qazaxıstan hadisələrini məhbusların əli ilə törədib. Publika.az xəbər verir ki, “Gulagu.net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin FSB-dəki mənbəsinə istinadən bununla bağlı ciddi iddialarla çıxış edib.

Oseçkin bildirir ki, “Təhlükəsizlik qüvvələri etirazı gözdən salmaq və Rusiya qoşunlarının Qazaxıstana yeridilməsinə əsas yaratmaq üçün məhbuslardan istifadə etdi”.

O, FSB-dəki mənbəsindən aldığı məktubu dərc edib. Məktubda deyilir: “Qazaxıstanda baş verənlər şok effekti yaratdı. Çünki cəmi iki gün əvvəl hər şeyin öz-özünə sakitləşəcəyinə əmin idi. 

Etiraz təhlükəsizlik qüvvələrinin gücünü üstələyəndə həbsxanalardan xüsusi olaraq talanların təşkili üçün azad edilmiş məhbuslar prosesə cəlb edildilər. Təhlükəsizlik qüvvələrinə hücumun təşkili məhz onlara həvalə edilmişdi. Buna görə də ölənlərin sayı ilə bağlı problem var. Öldürülənlər arasında bu hadisələr üçün xüsusi olaraq azad edilən və azadlıqda olan məhbusların sayı çoxdur.

Lakin onlar tapşırılan vəzifəsini mükəmməl şəkildə həyata keçirdilər: xeyli sayda sənədləşdirilmiş talan faktıları, hüquq-mühafizə orqanlarına hücumlar, təhlükəsizlik əməkdaşlarına qarşı vəhşicəsinə repressiya faktları var, başları kəsilmiş meyitlər və bunu əks etdirən videolar var. 

Bu, xarici qüvvələrin yeridilməsi üçün lazımi əsas yaradır və sıravi etirazçıları ruhdan salır, qərarsız qalan qazaxların etirazlara empatiyasına mane olur. Buna görə ən şiddətli talanlar, qanlı hücumları və etirazçılara qarşı amansız atəşin açılması yalnız paytaxtda idi, digər şəhərlərdə hər şey fərqli idi....”.

Mənbənin məktubunda qeyd olunur ki, məhkumların nəzarətdən çıxması böyük problemlərə yol aça bilər.

Oseçkin FSB-dəki mənbənin son iki ildə ona dəqiq məlumatlar verdiyini, bu baxımdan, məktubun şübhə doğurmadığını qeyd edir. Və əlavə edir ki, Rusiya xüsusi xidmət orqanları əvvəldən “müttəfiqlərin yardımı” bəhanəsi ilə Qazaxıstanın Rusiya tərəfindən mənimsənilməsi üçün hibrid ssenarini həyata keçirilməsini planlaşdırırdı.




Paylaş:


Müəllif : Tarix:
10-01-2022, 08:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər