reklam
Regionxeberlericom.az » Siyasət » "Rusiya dünya nizamına meydan oxuyur" - Aİ

reklam

"Rusiya dünya nizamına meydan oxuyur" - Aİ


















“Rusiya Avropa İttifaqını (Aİ) əhəmiyyətsiz göstərmək və ABŞ-la Avropa arasında strateji parçalanmaya təkan vermək istəyir”.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell məqaləsində bildirib.

Aİ-nin Ali Nümayəndəsinin sözlərinə görə, Rusiya hakimiyyətinin ambisiyası "soyuq müharibə"dən sonra formalaşan siyasi və təhlükəsizlik nizamına meydan oxumaq, 1997-ci ildəki NATO-Rusiya təsis aktına qayıtmaqdır.

C. Borrell Rusiyanın əvvəllər qəbul etdiyi və indi sual altına qoyduğu üç prinsipi qeyd edib: “Birincisi, hər bir dövlətin “Paris Xartiyası” ilə tanınan beynəlxalq təşkilata mənsub olmaq və ya olmamaqla bağlı sərbəst seçim və müqavilə və ya ittifaqların iştirakçısı olmaq hüququ var. Bu əsas prinsipə meydan oxumaqla Moskva revizionist güc kimi çıxış edir. Rusiyanın nəzərində bu qadağa təkcə keçmiş Sovet İttifaqı ölkələrinə deyil, həm də İsveç və Finlandiya kimi Aİ üzvü olan ölkələrə şamil olunacaq. İkinci və üçüncü prinsip güc tətbiq etməmək və bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etməkdir. Rusiya artıq Gürcüstanda etdiyi kimi, Ukraynada da bu üç fundamental prinsipi pozur”.

O vurğulayıb ki, Rusiya təkcə iddialarla kifayətlənmir, həm də bunu Ukrayna sərhədində artan hərbi təzyiqlə müşayiət edir və tələbləri tam yerinə yetirilməsə, Kiyevi yeni müdaxilə ilə hədələyir: “Rusiya Avropa İttifaqını əhəmiyyətsiz göstərmək və ABŞ-la Avropa arasında strateji parçalanmaya təkan vermək istəyir. Ukrayna və Belarus üzərində həlledici təsirə malik olduğunu qəbul etməyimizi istəyir, hələ Mərkəzi Asiyanı qeyd etmirəm. Mərkəzi Asiyanın Rusiya təhlükəsizliyinin perimetrinə daxil olması faktı təsdiqləyir ki, NATO məsələsi bəhanədir, çünki heç bir Mərkəzi Asiya dövləti NATO üzvlüyünə namizəd deyil. Qısası, Avropada sovet geosiyasi buzlağını bərpa etmək və ABŞ-la Avropa arasında əlaqəni kəsməyə çalışmaq Moskvanın strateji hədəfləri ola bilər”.

Ali Nümayəndə bütün bunların qəbuledilməz olduğunu diqqətə çatdırıb. O, dialoqun önəmli olduğunu da əlavə edib və bildirib ki, müzakirədən qaçmaq heç də səmərəli deyil.

Cenevrədə ABŞ və Rusiya arasında danışıqları və bu gün Brüsseldə keçirilən NATO-Rusiya danışıqlarına diqqət çəkən Borrell tərəflərin mövqelərinin bir-birindən çox uzaq olduğunu, lakin Aİ-nin öz rolunu tam şəkildə oynamağa davam edəcəyini qeyd edib. O, danışıqların və məsləhətləşmələrin davamının mümkünlüyünü istisna etməyib.




Paylaş:


Müəllif : Tarix:
12-01-2022, 15:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər