reklam
Regionxeberlericom.az » Siyasət » BAYDEN PUTİNİ HƏDƏLƏDİ... - “Rusiya üçün fəlakət olacaq, böyük bədəl ödəyəcəklər!”

reklam

BAYDEN PUTİNİ HƏDƏLƏDİ... - “Rusiya üçün fəlakət olacaq, böyük bədəl ödəyəcəklər!”












ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib.

“Əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq”, - Bayden prezidentliyinin 1-ci ildönümünə həsr olunmuş mətbuat konfransında deyib. 

Ağ Ev rəhbərinin sözlərinə görə, "onlar (ruslar) bunu etsələr, orta və uzunmüddətli perspektivdə bunun üçün böyük bədəl ödəməli olacaqlar”.

"Putin heç vaxt ABŞ-ın hazırladığı sanksiya kimi sanksiya görməyib", - Bayden deyib.

ABŞ Prezidenti Cozef Bayden əmindir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirir, lakin müharibə istəmir.

“Düşünürəm ki, o (Putin-red) hələ də hər hansı tam müharibə istəmir”, - Bayden mətbuat konfransında deyib.

Bayden Putinlə söhbət zamanı bir-birini başa düşdüklərini vurğulayıb.

ABŞ prezidenti rusiyalı həmkarı ilə yeni sammitin keçirilməsi imkanları barədə düşündüyünü bildirib.

"Bəli, mən əvvəlki kimi belə imkanın olduğuna inanıram", - Bayden mətbuat konfransında iki ölkə nümayəndələri arasında Ukrayna ilə bağlı böhranın aradan qaldırılması üçün açarların tapılmasına həsr olunmuş diplomatik müzakirələrin gedişatını şərh edərkən deyib.




Paylaş:


Müəllif : Tarix:
20-01-2022, 10:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər