reklam
Regionxeberlericom.az » Siyasət » “PEKRESİN SƏFƏRİ RUSİYA XARİCİ KƏŞFİYYATI TƏRƏFİNDƏN TƏŞKİL OLUNUB” – “Əgər kimsə Fransadakı seçkilərə təsir etmək istəyirsə...”

reklam

“PEKRESİN SƏFƏRİ RUSİYA XARİCİ KƏŞFİYYATI TƏRƏFİNDƏN TƏŞKİL OLUNUB” – “Əgər kimsə Fransadakı seçkilərə təsir etmək istəyirsə...”


















"Mariya Zaxarova bilməlidir ki, BMT-nin qəbul etdiyi təcrübəyə görə, sülhməramlı əməliyyatlar sülhə məcburetmə əməliyyatlarından fərqli olaraq ev sahibi ölkənin suverenliyinə məhdudiyyət nəzərdə tutmur. Bu əməliyyat ancaq BMT Təhlükəsizlik Şurasının qərarı əsasında həyata keçirilə bilər".

"AzPolitika.info" xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Facebook"dakı səhifəsində yazıb. "Bu o deməkdir ki, ölkəmizin dövlət sərhədi rejiminin və iqtisadi məkanın qorunması ilə bağlı qanunlarımız sülhməramlılara ötürülə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüququn və nizamın qorunması, təhlükəsizlik funksiyası ilə məhdudlaşır", - o əlavə edib.

T.Zülfüqarov vurğulayıb ki, Fransa prezidentliyinə namizəd Valeri Perkesin Xankəndinə Rusiya Xarici Kəşfiyyatın kuratorları tərəfindən təşkil edilən səfəri qanunsuzdur və 10 noyabr bəyanatının məzmununa ziddir: "Əgər kimsə Fransada prezident seçkilərinə təsir etmək istəyirsə, bunu bizim suveren hüquqlarımızın pozulması hesabına etməsin!"




Paylaş:


Müəllif : Tarix:
21-01-2022, 13:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər