"Rusiya Xarkovu işğal edə bilər, amma hamı döyüşəcək" - Zelenski
Ukraynanın Prezidenti Volodimir Zelenski bəyan edib ki, «hərbi təcavüzün» gedişində Rusiya rusdilli əhalinin müdafiəsi bəhanəsi aldında Xarkovu işğal edə bilər.
Bu barədə Ukrayna dövlətinin başçısı öz fikrini Amerikanın «Vaşinqton Post» nəşrinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, məhz Xarkovun ələ keçirilməsi daha çox ehtimal olunan ssenaridir.
Zelenski həm də əmindir ki, Ukraynaya hücum etmək üçün rusiyalılara «cəmisi bir bəhanə lazımdır».
«Mən, real danışacam, əgər Rusiya gərginliyi artırmaq qərarına gəlsə, əlbəttə, o, bunu həmin ərazilərdə edəcək - harada ki, tarixən Rusiya ilə qohumluq əlaqələri olan insanlar yaşayırlar. Ukrayna hökumətinin nəzarəti altında olan Xarkov işğal oluna bilər» - Prezident bəyan edib.
Bu zaman o, əmindir ki, rusdilli əhalinin müdafiəsi bəhanəsi, hansı ki, Krımda uğurlu işləyib, bu dəfə keçməyəcək və soxulma geniş miqyaslı müharibənin əvvəli olar.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Ukraynanın bütün sakinləri, kiçikdən böyüyə qədər, hamı işğalçılarla mübarizəyə qalxacaq. Hətta kimlər ki, Rusiyaya yönəlik müsbət yanaşırdılarsa, onlar da Krımın ilhaqından və Donbasın ayrılmasından sonra mövqeyini dəyişib.
«Amma mən bilirəm, hamı bizim ölkəmizi müdafiə edəcək. Ordudan əlavə, hər bir ukraynalı döyüşəcək ki, öz torpağını müdafiə etsin» - Zelenski deyib.
Xatırladırıq ki, bu ərəfədə Zelenski vətəndaşlarına müraciət edərək, onları bu xəbərlərə görə təşvişə düşməməyə çağırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-01-2022, 08:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər