“NÖVBƏTİ PREZİDENTİ PAŞİNYAN TƏYİN EDƏCƏK” – Armen Sarkisyan yenidən qayıtmaq üçün gedir?
Ermənistan Prezidenti Armen Sarkisyanın istefası geniş müzakirələrə yol açıb. A.Sarkisyan istefasını bu vəzifədə səlahiyyətlərinin çatışmadığı, ölkənin siyasətinə, müharibə və sülh məsələlərinə təsir göstərmək iqtidarında olmadığı ilə əsaslandırıb.
“Mən, çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan Prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil, müəyyən məntiqdən irəli gələn qərardır”, - Sarkisyan vurğulayıb.
68 yaşlı siyasətçi 2018-ci ilin yazından Ermənistana rəhbərlik edir. 1996-97-ci illərdə o, 4 ay Baş nazir vəzifəsində çalışıb. Ermənistan parlamentli respublika olduğundan bu ölkədə prezidentlik əsasən təmsilçilik funksiyalarını yerinə yetirir. Bu vəzifəyə yalnız bir dəfə, yeddi il müddətinə seçilmək olar.
Sarkisyanın bəyanatında deyilir ki, Ermənistan elə zaman reallığında yaşayır ki, Prezident sistemli problemləri həll etmək üçün öz potensialının böyük hissəsini istifadə edə bilmir. Onun sözlərinə görə, indiki vəziyyətdə Prezidentin öz ölkəsinə kömək edəcək aləti yoxdur.
Bəyanatda xatırladılır ki, Sarkisyanın dövründə konstitusiyaya dəyişikliklərlə bağlı komissiya yaradılıb. O, ümid etdiyini bildirir ki, Konstitusiyaya mümkün düzəlişlərdən sonra növbəti Prezident daha balanslaşdırılmış mühitdə işləyə, ölkədə nəzarət və tarazlıq sistemi yarada biləcək.
Xatırladaq ki, Ermənistan konstitusiyasına görə, Prezident istefa ərizəsini Parlamentə təqdim edir. İstefa qanunla müəyyən edilmiş qaydada elan edildiyi andan qəbul edilmiş hesab olunur. Yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri yerinə yetirir. Prezident Parlament tərəfindən seçilir.
Armen Sarkisyanın istefa qərarını şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, o, Serj Sarkisyanın yanında Prezident olmağa razılıq verəndə, nəyə getdiyini bilirdi. Ona görə də, onun hakimiyyət haqqında iddiaları məlumdur: "Ermənistan yarı prezident sisteminə keçidlə bağlı referendum planlaşdırır və Armen Sarkisyanın istefası ona prezident seçkilərində tam iştirak etmək imkanı yaradır. Artıq öz partiyasını formalaşdırmaq, blok yaratmaq üçün onun kifayət qədər vaxtı var. Sarkisyanın son səfərləri və investisiya layihələri onun nəyə qadir olduğunun nümayişidir. Ona görə də A.Sarkisyan bundan siyasi dividendləri Paşinyanla bölüşmək fikrində deyil".
Ekspert hesab edir ki, Armen Sarkisyan iqtidara iddia edə biləcək üçüncü qüvvəyə çevrilməyə qadirdir. Çünki hazırda iqtidar-müxalifət konfiqurasiyası Ermənistandakı bütün elektoratı əhatə etmir.
Bundan sonra nə baş verəcəyinə gəlincə, F.Məmmədov qeyd edir ki, konstitusiyaya görə, prezidenti parlament seçir, ona görə də növbəti prezidenti Paşinyan təyin edəcək: "Yəqin ki, seçki nəzarət oluna biləcək, idarəolunan namizədi o təsdiqləyəcək. Bu insan Paşinyanın komandasından olan gənclərdən bir ola bilməz, mütləq yaşlı birinə ehtiyacı var. Ümumiyyətlə, Levon Ter-Petrosyan son zamanlar Paşinyanla döyüşməsəydi, bu rola iddia edə bilərdi. Bundan başqa XİN rəhbəri Ararat Mirzoyan, spiker Alen Simonyan, Təhlükəsizlik Şurasının katib Qriqoryan bu posta namizəd kimi göstərilə bilərlər".
Politoloq Elxan Şahinoğlu isə Armen Sarkisyanın bir il əvvəlki açıqlamasını xatırladır. Həmin vaxt A.Sarkisyan deyirdi: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir. Biz Dağlıq Qarabağın əksər ərazisini və minlərlə gəncimizi itirdik. Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemləri var və bu da ciddi böhran yaradıb. Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışırlar. Ermənistandan köç böhranlı miqyas ala bilər”.
“Göründüyü kimi, Armen Sarkisyan ölkəsinin düşdüyü durumu olduğu kimi izah etmişdi. Ermənistan üçün bir il ərzində müsbətə doğru heç nə dəyişməyib. Bu isə o deməkdir ki, Armen Sarkisyan bir il əvvəlki kimi düşünür, ölkəsi üçün perspektiv görmür. Onun Böyük Britaniya ilə sıx bağlılığı var, kapitalı da bu ölkədədir, həmçinin bu ölkənin pasportuna sahibdir. Ona görə də Armen Sarkisyan, böyük ehtimalla, digər imkanlı ermənilər kimi ölkəsini tərk edərək Londondakı qazanc gətirən işlərinə qayıdacaq".
Paylaş:
Müəllif : Fuad
Tarix:24-01-2022, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər