Bayden Qətəri "NATO-dan kənar əsas müttəfiq" elan etmək niyyətindədir
ABŞ Prezidenti Co Bayden Konqresə məktub göndərib. Məktubda o, Qətərə «NATO-dan kənar əsas müttəfiq» statusu vermək niyyətini elan edib.
«Xarici kömək barədə (1961) Qanunun 517-ci maddəsinə uyğun olraraq, mən Qətəri NATO-dan kənar əsas müttəfiq təyin etmək barədə niyyətimi xəbər verirəm» - Ağ Ev Prezidentin Konqresə məktubundan sitat gətirir.
Bayden izah edib ki, bu qərar Qətərin ABŞ-ın Mərkəzi komandanlığının məsuliyyət zonasında başçılıq etdiyi çoxillik töhfəsinin, həm də müdafiə və təhlükəsizlik sahəsində öz milli maraqlarının dərinləşdiyinin qeyd edilməsi məqsədilə qəbul edilib.
Bundan əvvəl «Associated Press» agentliyinin xəbər verdiyi kimi, Bayden Vaşinqtonda Qətər əmiri Həməd bin Xəlif Əl Tani ilə görüşündə Rusiyaya qarşı sanksiyaların tətbiqi halında, enerji böhranının aradan qaldırılmasında Qətərin köməyinin razılaşdırılmasına nail olmağı planlaşdırmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-02-2022, 08:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər