Regionda "şimal küləkləri" güclənib - NƏ BAŞ VERİR?
Hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib. H.Hacıyev bildirib ki, Azərbaycan sülh gündəliyini izləyir. Bu, gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılması mesajıdır.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir. Regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır: “Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var.
Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, regionda açılacaq yeni dəhlizlər, xüsusilə də Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxara və geniş quru əlaqələri olan ölkəyə çevrilə bilər: “Bizim Mərkəzi Asiyadan olan tərəfdaşlarımız da Zəngəzur dəhlizindən faydalana bilərlər. Amma Zəngəzur dəhlizi bizim qonşu Gürcüstanla regionda yaratdığımız digər potensial dəhlizləri istisna etmir”. Administrasiya rəsmisinin sözlərinə görə, Ermənistan regional əməkdaşlığın rol modeli olan və hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə bilər. DİA.AZ xəbər verir ki, siyasi şərhçi Aqşin Kərimov vurğulayıb ki, Prezidentin köməkçisi Hikmət Hacıyev regiondakı yeni təhlükəsizlik siyasətinin qurulmasında ABŞ-ı vacib tərəfdaş kimi gördüyünü açıqlayıb:
“Azərbaycan yenə topu Qərbə atdı. Görünür ki, regionda “şimal küləkləri” güclənib və Azərbaycan “Qərb küləyi” amili ilə neytrallaşdırma siyasəti yürüdür. Amma düşünmək olmaz ki, Azərbaycan Rusiyaya qarşı cəbhə yaradır, bu, sadəcə yeni müdafiə mexanizmidir. İndi Ağ Evin prosesi dəyərləndirməsi qalır. Vaşinqton sırf enerji məsələsinə görə yox, digər rıçaqlarla da təhlükəsizlik konfiquriyasına töhfə verməlidir”.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli də bildirib ki, Hikmət Hacıyevin “sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük” fikri yeni mərhələnin başlanmasından xəbər verir:
“Azərbaycan tərəfi mövqeyini Şuşa Bəyannaməsindən sonra açıqlayıb. Avropa İttifaqının Azərbaycandan qaz istəməsi məsələsi gündəmdədir. Rusiya Müdafiə Nazirliyinin Qarabağa gedən Azərbaycan maşınlarını terrorçularla birgə yoxlaması barədə görüntülərin yayılması etirazlara səbəb olub. Bu hadisələr fonunda belə bir açıqlama ciddi mesaj mahiyyəti daşıyır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2022, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər