“Böyük ehtimal Qazaxıstandakı hadisələrdə “ingilis əli” var”
“Moskva bu il yanvarın əvvəllərində Qazaxıstanda baş verən iğtişaşlarda Böyük Britaniyanın əli ola biləcəyini istisna etmir, lakin bu hadisələr birmənalı olaraq Əfqanıstan problemi ilə bağlı deyil”.
RegionXəbərləri.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.
“Ancaq gözləyək, Qazaxıstanın hakimiyyət orqanları araşdırma aparır, gəlin bu araşdırmanın nəticələrinin dərcini gözləyək. Biz ciddi adamlarıq, bizə bəzi bloqçulardan yox, rəsmi qurumlardan açıqlama lazımdır. Əfqan döyüşçülərinin burada iştirak etdiyi dərc olunanda bu barədə müzakirə edəcəyik”, – deyə Kabulov müsahibəsində bildirib.
Eyni zamanda, diplomatın fikrincə, başqa bir məsələ ondan ibarətdir ki, burada kənar əl nəzərə çarpır:
“Necə deyərlər, “highly likely” (böyük ehtimal – red.) burda “ingilis əli” var. Və bunu dəstəkləyən arqumentlər var”.
O qeyd edib ki, hadisələrdə “xarici əl” var idi, amma “Taliban”ın məsələlərlə heç bir bağlılığı olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-02-2022, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər