reklam
Regionxeberlericom.az » Siyasət » Berdiməhəmmədov Lukaşenkonun hədəsindən sonra növbədənkənar seçkiyə gedir - TƏHLİL

reklam

Berdiməhəmmədov Lukaşenkonun hədəsindən sonra növbədənkənar seçkiyə gedir - TƏHLİL

















Türkmənistanla bağlı məsələnin, daha doğrusu Prezident Qurbanqulu Berdiməhəmmədovun hakim partiya üzvlüyündən istefa verib, ardınca növbədənkənar seçki keçirmək qərarını necə anlamaq olar?

Yəqin ki, indi bir çoxu bu sual ətrafında düşünür. Türkmənistan Mərkəzi Asiyanın zəngin enerji resurslarına malik olan ölkəsidir. Bu ölkə Transxəzər layihəsinin (Türkmənistan qazının Avropa bazarlarına çatdırılması) başlanğıc nöqtəsidir və Qərb burada öz maraqlarını möhkəmlətmək istəyir.

Rusiya isə Mərkəzi Asiyanı əldən buraxmaq, daha doğrusu Qərbin ağuşuna atmamaq üçün əlindən gələni edir.

Berdiməhəmmədovun istefasını və növbədənkənar prezident seçkilərini Mərkəzi Asiya uğrunda başlayan savaşın daha bir göstəricisi kimi qiymətləndirmək mümkündür.

Bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Türkmənistanın da iqtisadi zərurətlərdən dolayı Kremlin yaratmaq istədiyi ittifaqa qoşulacağını bəyan etdi.

Berdiməhəmmədovun verdiyi qərarı Lukaşenkonun hədə qarışıq proqnozu kontekstində qiymətləndirsək ortaya aşağıdakı versiya çıxır:

- Berdiməhəmmədov siyasi sistemdə Rusiyaya bağlı adamların zərərsizləşdirilməsinə nail olub yenidən prezident seçiləcək (Bu təlimatı Qərb verə bilər).

Bu versiya inandırıcı görünür. Çünki Berdiməhəmmədov istefa qərarını verərkən belə ifadə işlədib:

“Ölkədə siyasi sistem formalaşır və müxtəlif düşüncəli partiyalar yaranır. Hər kəs və istənilən partiya üçün bərabər fəaliyyət şəraitinin yaradılması üçün mən Türkmənistan prezidenti olduğum müddətdə partiyaya olan üzvlüyümü dondurmaq haqqında qərar qəbul etdim”.

Çoxpartiyalı sistem Qərbin dəyərləri çərçivəsindədir. Türkmənistan qazı Avropa bazarlarında Rusiya qazının sıxışdırılmasında həlledici rol oynaya bilər. Bu iki amil belə proqnoz səsləndirməyə əsas verir ki, Berdiməhəmmədov Qərbin əlinə oynayır və Rusiyadan gələ biləcək təhdidləri önləyir.





Paylaş:


Müəllif : Tarix:
12-02-2022, 15:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər