reklam
Regionxeberlericom.az » Siyasət » Gürcüstanda 4 deputatın mandatı ləğv edildi

reklam

Gürcüstanda 4 deputatın mandatı ləğv edildi


















Gürcüstan parlamenti üç müxalifət deputatının – “Leyboristlər” partiyasının lideri Şalva Natelaşvili, “Droa” partiyasının lideri Elene Xoştariyanın və “Gürcüstan naminə Lelo” partiyasının lideri Badri Caparidzenin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edib.

79 deputat Natelaşvilinin mandatından məhrum edilməsinin lehinə, 28 nəfər əleyhinə, Xoştariyanın mandatından məhrum edilməsinin 77 millət vəkili lehinə, 9 nəfər əleyhinə, Caparidzeyə isə 77 lehinə, 37 deputat əleyhinə səs verib.

Xoştariya və Natelaşvili parlamentin keçirilən plenar iclaslarında sistemli şəkildə iştirak etməmələri səbəbindən mandatlarını itiriblər.

“Gürcüstan üçün Lelo” müxalifət partiyasının liderlərindən biri Badri Caparidzeyə gəlincə, bu işdə səbəb məhkəmə hökmü olub.

Tbilisi Şəhər Məhkəməsi TBC Bankın təsisçilərindən biri olan Caparidzeni 2008-ci ildə dələduzluqda təqsirli bilib və 7 il müddətinə azadlıqdan məhrum edib. Lakin cinayət təqibi üzrə məhdudiyyət müddəti başa çatdığından o, cəzasını çəkməkdən azad edilib.

Gürcüstan Konstitusiyasına görə, parlament üzvü qanuni qüvvəyə minmiş hökm əsasında təqsirli bilinərsə, o, deputatlıq səlahiyyətlərindən məhrum edilə bilər.

Parlament müxalifət deputatlarından başqa, keçmiş spiker Kaxa Kuçavanı da mandatından məhrum edib. Bu məsələnin lehinə 78 deputat, əleyhinə isə 5 deputat səs verib.




Paylaş:


Müəllif : Tarix:
15-02-2022, 20:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər