Sülhməramlılar Qarabağda sülh yarada bilmirlər, yoxsa istəmirlər? - İNCƏLƏMƏ...
Son vaxtlar Rusiya sülhməramlılarının nəzarət etdiyi Qarabağ bölgəsindən gələn xəbərlər yalnız narahatçılığa səbəb olmur, eyni zamanda baş verənlər ölkənin ərazi bütövlüyünün yaxın illərə bərpa olunmasına şübhələr yaradır.
Müharibənin bitməsindən 15 aydan çox vaxt keçməsinə baxmayaraq nə 10 noyabr 2020 bəyanatının bir sıra maddələri həyata keçirilib, nə də Rusiya sülhməramlıları tərəfindən real sülhə doğru addım atılıb. Bu günlərdə gələn xəbərlər isə, ya sülhməramlıların acizliyinin, ya da bilərəkdən separatçıların tərəfini tutmağın nümayişi kimi dəyərləndirilməlidir. Tərtərin Suqovuşan yaşayış məntəqəsindən Azərbaycan ordusuna məxsus hərbi avtomobil dəstəsi sülhməramlıların müşayəti ilə Ağdərə-Kəlbəcər yolundan istifadə edərək Kəlbəcər istiqamətində Ağdərədən keçərkən avtomobillərin qarşısını mülki paltarda olan 200-ə yaxın erməni kəsib və yük daşıyan avtomobillərin hərəkətinə imkan verməyiblər. Sülhməramlıların qətiyyətsiz müdaxiləsi nəticəsində hərəkəti davam etdirmək mümkün olmayıb. Yük maşınları yenidən Suqovuşana qayıdıb.
Təbii sual yaranır: bölgədə tərəflərin təhlükəsizliyini təmin etmək öhdəliyi olan Rusiya sülhməramlıları elementar maşın karvanının təhlükəsiz hərəkətini təmin edə bilmirsə, nəzarət etdiyi bu torpaqlarda hansı vəzifəni yerinə yetirir? Hələ müharibə təzəcə bitəndə də belə bir hadisə olmuşdu. Ağdərənin Heyvalı kəndinin erməniləri yenə sülhməramlıların müşayət etdiyi Azərbaycan avtomobillərinin qarşısını kəsib şərt irəli sürmüşdülər ki, Basarkeçər istiqamətində sərhəd yolu ermənilər üçün açılmasa azərbaycanlıların Kəlbəcərə avtomobil hərəkətinə imkan verməyəcəklər. Niyə o zaman sülməramlılar ermənilərə başa salmadılar ki, bura Azərbaycan dövlətinin ərazisidir, sizlər də bu dövlətin torpaqlarında yaşayırsınız və tədricən bir-birinizə alışmalısınız. Yoxsa, 15 ayın sülhü budurmu ki, separatçılığı dəstəkləyən bir qrup yol kəsib meydan oxuyur və onların şərtini də Rusiya dövləti, bəli sülhməramlı yox, məhz Rusiya Federasiyası qəbul edir. Qəbul məsələsini sadəlövhlük kimi dəyərləndirməyək, məlum məsələdir, bu mövqe.., elə Rusiyanındır.
Sülhməramlı statusunda olanlar bölgədə sülh yarada bilmir, əksinə indiyədək bütün hərəkətləri, törətdikləri ( onlar tərəfimizdən dəfələrlə deyildiyi üçün təkrarlamırıq) daha çox gərginlik yaradır və düşmənçiliyi körükləyir. Norayr Mirzoyanın sülhməramlıların gözü qarşısında Azərbaycan hərbiçilərinin postuna qumbara atması da bu qızışdırıcılığın nəticəsidir. Açıq şəkildə separatçıların tərəfinin tutulması bu cinayətkar rejimin əl-qolunu açıb. Moskvaya tez-tez səfər edən Araik Arutunyan, Brüsseldə görüşlər keçirən David Babayan indiyədək hansı sülh mesajlarını verib? Bu separatçı rejimin liderlərinə stimul verən, şərait yaradan, nəticədə onların anti Azərbaycan bəyanatlar verməsinə səbəb olan da, məhz Rusiya sülhməramlıların sülhə xidmət etməyən mövqeyidir.
Başqa xəbərlər də ürəkaçan deyil və istənilən Azərbaycan vətəndaşı heç kimə olmasa da özünə sual verir: 2025-ci ildə, lap uzağı 2030-cu ildə Azərbaycanın dövlət nəzarətinin Xankəndi və ətrafında yarandığını bilən ermənilər Şuşanın Malıbəyli kəndində 15 dördmərtəbəli binanın tikintisinə başlayardımı? Hələ Xankəndidə gedən tikintidən yox, məhz Şuşa rayonunun tarixi Malıbəyli kəndindən, azərbaycanlıların saldığı, yaşadığı, Azərbaycan tarixinə, mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edən, Şuşadan çox Xankəndiyə yaxın olan strateji bir yaşayış məntəqəsi haqqında danışırıq. Diqqət etmisinizsə tikinti işləri əsasən keçmiş Dağlıq Qarabağdan məcburi köçən azərbaycanlıların yaşadığı kəndlərdə, qəsəbələrdə aparılır. Məhz Xocalıda da həm Rusiya sülhməramlıları, həm də separatçı rejim yaşayış binaları, obyektlər tikməklə məşğuldurlar. Və bu qəbildən xeyli qaranlıq olan proseslər sülhməramlıların nəzarətində olan ərazilərdə gedir və Azərbaycan dövlətinin də mövqeyində sirli bir susqunluq qaranlıq prosesləri cəmiyyətin düşüncəsində daha da tündləşdirir. Mövcud qaranlıqlara aydınlıq gətirən bir rəsmi hərəkət görünməyəndə, düşmən öz maraqlarına uyğun bacardığını edir, daxildə isə 5-ci kalonun nümayəndələrinin qərəzli mövqeləri yayılmağa başlayır.
Xəbərlərin içərisində səngər qurmaq haqqında məlumatlar da var. Erməni silahlı qüvvələri sülhməramlıların gözü qarşısında Azərbaycan ərazisində səngər qazıb, istehkam qurmaqla məşğuldur. 10 noyabr bəyanatına görə isə erməni silahlı qüvvələri ən azı bir il əvvəl Azərbaycan ərazisini tərk etməli idilər və Rusiya sülməramlıları bir öhdəlik kimi bunu çoxdan reallaşdırmalı deyildimi?
Qeyd olunanlar son həftənin məhsullarıdır. Nə etməliyik? Baxmayaraq ki, belə bir vəziyyətdə nə ediləcəyi bəllidir, amma yenə də bu vəzifə indiyədək işi aparan səlahiyyətlilərin məsuliyyəti daxilindədir. 2022-ci ildə elə bir siyasi təməl qoyulmalıdır ki, Azərbaycan cəmiyyəti də, perspektivdə Azərbaycan vətəndaşı statusunu alacaq Qarabağ ermənisi də sabah nə baş verəcəyini aydın təsəvvür etmiş olsun. Belə bir təsəvvür problemin son həllini sürətləndirmiş olacaq.
İlham İsmayıl //moderator.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2022, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər