reklam
Regionxeberlericom.az » Siyasət » Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı

reklam

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı
















Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) təcili iclasının çağırıldığını açıqlayıb.

O, bu barədə Tvitterdə paylaşım edib.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla təcili məsləhətləşmələr apardım və Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırdım”, - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Kremldə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasını keçirib. Rusiya liderinin yaxın vaxtlarda xalqa müraciəti gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
21-02-2022, 23:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər