reklam
Regionxeberlericom.az » Siyasət » "Heç kimə heç nə verməyəcəyik" - Zelenskinin xalqa müraciəti

reklam

"Heç kimə heç nə verməyəcəyik" - Zelenskinin xalqa müraciəti


















Ukrayna prezidenti Volodimir Zelenski öz xalqına müraciətlə çıxış edib.

Müraciət videosunu Ukrayna prezidentinin ofisi yayıb.

Ukrayna rəhbəri bildirib ki, Rusiyanın son hərəkətləri dövlətin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır. Bu qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür.

Zelenski həmçinin bildirib ki, Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri Rusiyanın hərəkətlərinə baxmayaraq, eyni qalacaq.

O, vurğulayıb ki, qondarma Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyinin tanınması Rusiyanın Minsk razılaşmalarından çıxması deməkdir:

“Yuxusuz gecənizin heç bir səbəbi yoxdur. Bizim heç kimə borcumuz yoxdur və heç kimə heç nə verməyəcəyik”.

Ukrayna prezidenti “Normand dördlüyü”nün fövqəladə toplantısının təşəbbüskarı olduğunu da bəyan edib.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 09:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər