reklam
Regionxeberlericom.az » Siyasət » Türkiyədən Putinin qərarına reaksiya: "Qəbuledilməzdir..."

reklam

Türkiyədən Putinin qərarına reaksiya: "Qəbuledilməzdir..."


















“Qondarma DXR və LXR-nin Rusiya tərəfindən tanınması Minsk razılaşmalarını və Ukraynanın bütövlüyünü pozan qəbuledilməz addımdır”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

“Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk respublikalarını tanıması qərarı Minsk razılaşmalarını pozmaqla yanaşı, Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasını təşkil edir. Rusiya Federasiyasının qərarı qəbuledilməzdir və biz bunu rədd edirik”, - bəyanatda bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi bütün əlaqədar tərəfləri sağlam düşüncəyə uyğun hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin qondarma DXR və LXR-nin müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 09:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər