Rusiya ilə müttəfiq olmaq?! - YOLUMUZ HAYANADIR, QARDAŞ?..
Müttəfiqlik əməkdaşlığı sazişi... Azərbaycanla Rusiya arasında. İmzalanır.
Çox adamı təəccüb götürüb, heyrət bürüyüb. Şoka düşənlər də var.
Niyə?! Nədən?! Bu saziş birdən-birə ortaya çıxıb, ona görə?! Bəli, doğrudur. Bu haqda əvvəlcə Ermənistan mənbələri məlumat yayıb. Sonra Rusiya rəsmi mənbəsi. Biz xəbərsiz olmuşuq. Məşhur lətifədə deyildiyi kimi: "4 il müharibə eləmisən, bizə deməmisən!".
Ancaq, yox, bu, müharibə deyil. Müharibənin (həm də böyük müharibənin) astanasında (bəlkə də artıq içində) olan dövlətlə sazişdir. Sülh sazişi deyil, sülh üçün saziş də deyil. Hələlik (ya da həmişəlik?!) müharibə etməmək haqqında sazişdir.
Azərbaycan prezidenti Rusiyadadır artıq. Sabah imzalar atılacaq. Hər halda elə gözlənilir.
1922-ci ildə də bir müttəfiqlik sazişi imzalanmışdı, nəticədə 69 il Sovet İttifaqında yaşadıq. Daha doğrusu, Sovet İttifaqı bir o qədər yaşaya bildi.
"Yeni SSRİ" planı da xeyli adamı təəccübləndirib. Guya yeni xəbərdir. Vladimir Putin: "SSRİ-nin dağılması mənim faciəmdir" bəyanını öz adındanmı etmişdi?! Yox! Hələ Kravçukla, Şuşkeviçlə Belovejsk sazişinə imza atıb SSRİ-ni bitirən Boris Yeltsin sonra Lukaşenko ilə yeni İttifaq sazişi imzalayanda başladı hər şey. Bura Uləkraynanı da qatmaq vardı planda. Ancaq Kuçma imza atmadı. Yuşşenko heç atmazdı. Yanukoviç atmaq istədi, devirdilər. Poroşenko gəldi, Krım getdi, Donbas da Rusiyaya dövrü sürükləndi. Amerikalılar Ukrayna üçün NATO-ya üstü bantlı dəvətnamə göndərirkən, Putin slavyan qardaşının bir ayağını dartıb qopardı. O birisi ilə bəlkə birtəhər sürünəcəkdi Brüsselə tərəf. O ayağa da iki bomba bağladı.
Qayıdaq öz məsələmizə. Əslində bütün 2021-ci ilin əvvəlindən bütün il boyu Azərbaycan buna doğru gedirdi. Ötən ilin ortasında imzalanan və bu ilin əvvəlində ratifikasiya olunan Şuşa Bəyannaməsi də, Türkiyə türkcəsi ilə desək, bir güvəncə sənədi idi. Doğrusu, Rusiya ilə imzalanacaq "müttəfiqlik əməkdaşlığı" sazişinə də Türkiyədən xəbərsiz razılaşmamışıq yəqin ki. Əksini düşünən varmı?!
"Müttəfiqlik əməkdaşlığı" sazişi. Bir növ müttəfiqlikdən aşağı, əməkdaşlıqdan yuxarı. Doğru anlamışamsa.
Hə, kontekstinə taxılacaqsınız; Rusiya-Ukrayna müharibəsi risqi kulminasiyada. Moskvaya qarşı ağır sanksiyalar paketi qapıda. Və biz, Rusiya, müttəfiqlik... Heyrətiniz bu üzdən!
Və bunlar fevralda baş verir. Azərbaycanın ABŞ-la, Böyük Britaniya ilə (elə Rusiya ilə də) diplomatik əlaqələr qurmasının 30 illiyində. Amerikalılar bir az məsafəli davrandılar; Birləşmiş Ştatların səfirliyi bir reliz yaydı, orda bu 30 illiyi xatırladılar. Mətnin içində enerji, təhlükəsizlik, iqtisadi sferalarda əməkdaşlıqdan xeyli danışıldı. Və "Dağlıq Qarabağ münaqişəsi", münaqişənin həlli-filan kimi ifadələr yer aldı. Ki, bu da Bakının xoşuna gəlməz. Vaşinqtondan fərqli olaraq London daha hərarətliydi; Baş nazir Conson özü təbrik yazdı. Prezident Əliyev də ona cavab məktubu göndərdi. Qərblilər Azərbaycanı Rusiyaya çox yaxın görmək istəməsələr də, çox uzaqda da görə bilmirdilər. Belə olanda səhnəyə Avropa İttifaqı çıxdı. ABŞ-dan (hətta öz əvvəlki mövqeyindən) fərqli olaraq, "Dağlıq Qarabağ münaqişəsi" demir, Minsk Qrupu söhbətini artıq "unutmuş" kimidir. Azərbaycana 2 milyard avro vəd edir. Azərbaycanla tərəfdaşlıq sazişindən major notlarda danışan bir Şarl Mişel (Aİ Şurasının prezidenti) var qarşımızda. Tam da bu günlərdə ABŞ-la Almaniya-Fransa tandemi arasında bir Ukrayna mübahisəsi varkən. ABŞ və Böyük Britaniya Ukrayna problematikasında Rusiyaya qarşı sərt mövqe sərgiləyərkən, Almaniya və Fransa Minsk razılaşmalarından yapışıb, böhranın həllini diplomatik məcraya döndərməyə çalışır. Çünki Avropa Putinin "qaz şantajı" altındadır (bu ifadə də Qərb mediasına məxsusdur). Üstəlik, NATO-nun Mərkəzi və Şərqi Avropadakı bazalarına "nüvə təhdidi" də eşitdik (bəli, artıq söhbət Ukrayna sərhədlərini aşıb, Şərqi Avropanı da keçib... Nazir Lavrov Putinin təcili çağırdığı Təhlüksizlik Şurasının iclasında artıq Mərkəzi Avropadan danışır). Rusiya hələlik genişmiüyaslı hərbi kampaniyaya başlamayıb (lokal toqquşmalar var). Hələ ki siyasi pressinqi dırmandırır. Almaniya kansleri Şoltsla görüşdən sonrakı bəyanatında Dövlət Dumasının Donetskin və Luqanskın "müstəqillik"lərini tanımaq haqqında müraciətinə toxundu. "Xalq tələb edir" modunda bir cavab verdi. Və sonra Federasiya Şurasına da belə bir müraciət sifariş edildi. TŞ iclasında isə Rusiya prezidenti "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" ifadələrini işlətdi. Bu, artıq həmin ərazilərin tanınmasına - Ukraynanın siyasi bötüvlüyü əleyhinə daha bir addım idi. Sonra da bu məsələni Təhlükəsizlik Şurasına çıxardı. Ardınca da prezident Putin həmin ərazilərin müstəqil dövlətlər olaraq tanınması haqda fərman imzaladı və orduya o "respublika"larda təhlükəsizliyin təmin olunması haqqında əmr verdi.
Bu arada Lavrov Blinkenlə ayın 24-də nəzərdə tutulan Cenevrə görüşünü "Amerikalı tərəfdaşların mövqeyində kiçik irəliləyiş" adlandırsa da, Moskva Vaşinqtonla qarşılıqlı sərt siyasi atışmanı dayandırmaq istəmir. Bu söhbətin tərəf-müqabili kimi ABŞ-ı görür. Ukraynaya Vaşinqtonun təsirinin daha böyük olduğunu deyir. Almaniya-Fransa tandeminin təklif etdiyi nizamlama çərçivələrindən qıraqda oynamağa üstünlük verir. Çünki Kiyev də o çərçivəyə sığa bilmir. Ukrayna üçün Minsk razılaşmalarının oxşarlarını zamanında elə adı "Minsk Qrupu" olan format bizə diqtə edirdi, razılaşmadıq. Sonunda münaqişənin sahibi kimsə, onunla bu məsələni danışmağa üstünlük verdik.
Mətləbdən çox uzaqlaşmayaq. Əslində Rusiyanın sərt ritorikası, münaqişənin getdikcə qızışması həm Moskvaya, həm Vaşinqton-London tandeminə sərfəli görünür. Moskva Vaşinqton-London və Berlin-Paris tandemləri arasında ziddiyyətləri ixtilafa çevirmək üçün Qərbin ağrılı nöqtələrinə basmaqda davam edir. Vaşinqton isə Minsk razılaşmalarını dağıdaraq, Ukraynanı yem olaraq istifadə etməklə Avropada böyük müharibə başlanmasında maraqlıdır. Belə olan halda nə Okeanın o tayındakı ABŞ, nə ada dövlət (artıq, demək olar, daha bir superdövlət) Böyük Britaniya böyük zərər görməz. Əsas yük, əsas zərbə kimə yönələcək? Ukraynanın Qərbindən qaçqın seli hara axacaq? Əlbəttə, Mərkəzi və Qərbi Avropaya. Avropa İttifaqı zəifləyəcək. Hətta NATO öz funksionallığını ABŞ-Böyük Britaniya-Avstraliya təhlükəsizlik ittifaqının xeyrinə itirə bilər. Belə hesablamalar ola bilər.
Türkiyəni də unutmayaq. Müttəfiqlik bəyannaməmiz var. Artıq ratifikasiya etmişik; qanun gücündədir artıq. Türkiyə ilə ABŞ arasında bir tərəfdən, Türkiyə ilə Avropa İttifaqı arasında o biri tərəfdən (və Türkiyə-NATO münadibətlərində həmçinin) ziddiyyətlər fonunda və Türkiyə-Rusiya yaxınlaşması məntiqinə də uyğun olaraq Azərbaycanın addım atması qaçılmaz olmuşdu. Qazaxıstan hadisələrini də göz önündə tutmaqla. Buna kimsə "seçim" deyəcək, kimsə "manevr". Hər bir halda Azərbaycanın belə bir məqamda Şimaldan özünü sığortalaması lazım bilinib. Çünki Ukraynadan sonra böyük güclər geopolitik savaşın ikinci cəbhəsini Cənubi Qafqazda açmağı hədəfləyir. Əslində, bəli, bütün oyunlar Çini dayandırmaq üçün qurulur. Bu plana Rusiyanın zəifləməsi, hətta mümkün olsa, bölünməsi də daxildir. Rusiyanı daha da aqressivləşdirib zəif qonşuların üzərinə yönəltmək, permanent savaşda onun hərbi gücünün, iqtisadi tarazlığının, daxili sabitliyinin vurulması hədəflənir. Çin ona görə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verir. Ancaq bundan o tərəfə də keçmir. NATO-nun Şərqə doğru genişlənməsi Çinin də xeyrinə deyil. Rusiya Ukraynanı ABŞ-a uduzsa, sabah NATO Mərkəzi Asiyaya qədər gələr, kim əksini qarantiya edə bilər?! Azərbaycan bu böyük müharibədə (ki, hələ başlanmamış fəlakət gətirir) plasdarma, daha doğrusu, qurbana çevrilmək fikrində deyil. Rusiya Türkiyə kimi bir güclü NATO ölkəsi ilə hərtərəfli müttəfiqlik sazişi bağlamışkən, oxşarını Rusiya "təklif etdi". Buna razılaşan prezidenti, əlbəttə, tənqid edəcəklər. Ancaq Türkiyə ilə unison bir siyasət sərgilənir. Ankara Kiyevə də qucaq açır, Moskva ilə də danışır. ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Çin kimin qlobal güclərlə də. Azərbaycan postsovet məkanında Ukrayna və müəyyən ölçüdə Qazaxıstanla yanaşı keçmiş metropoliyanın gücünə qarşı dayanırdı. İndi nə Qazaxıstan var, nə Ukrayna. O əvvəlki Lukaşenko və Belorus dünəndən yox! Bu dəmdə Ərdoğanın Türkiyəsi özünü yetirdi.
Fikir verirsiniz, Ermənistan revanşistləri nə deyir?! "Ərdoğan hakimiyyətdən getsin, Azərbaycana hücum edərik". Bu da, şübhəsiz, Moskvanın işinə yarayan (və bəlkə də oralardan qaynaqlanan) doktrindir. Ancaq reallıq budur. Ermənistan yox olmayıb. Bir ilin içində dönüb sülh göyərçini olmadılar. Onlar daim revanş axtaracaqlar. İndiki qarışıq zamanda, böyük müharibə ərəfəsində Azərbaycan öz təhlükəsizliyini elə təhlükənin mənbəyində axtarmaq zorunda qalır. Biz yaxşı bilirik ki, bizə genetik olaraq nifrətlə böyüdülən qonşumuz tarixdə həmişə böyük müharibələrin içində özünə lazım olan kiçik müharibələrini ediblər. Böyük kataklizmlərdən həmişə öz kiçik maraqlarını təmin edə biliblər. Bu, Rusiya-İran müharibələrində də olub, Rusiya-Türkiyə müharibələrində də. Tarix boyu. SSRİ qurulanda da bizdən torpaq qoparıblar, dağılanda da. Ona görə bu Rusiya ilə müttəfiqlik söhbəti Ermənistan üçün xoşa gələn hadisə olmadı. İrəvandakı etiraz da iki deputatımızın Ermənistana səfərinə deyildi, əslində onların üzərindən İlham Əliyevin Rusiyaya səfərinə idi.
Bəli, bu, Ermənistanda, Qərbin bəzi dairələrində də, xüsusilə, yəqin ki, Vaşinqtonda xoş qarşılanmayacaq. Onlar belə bir müttəfiqliyi istəməzlər. Tənqid edəcəklər, hətta təhdid də edəcəklər. Edirlər də. Eləcə də, Azərbaycanın özündə də buna qarşı olanlar kifayət qədər var. Bu, populyar olmayan addımdır, narazı qalan az olmaz. İllah da Rusiya "sülhməramlı" kontingentinin Qarabağdakı, Şərqi Zəngəzurdakı, Ermənistanla sərhədlərdə davranışları fonunda. O sənədin mətnindən xəbərdar deyilik. Bu məsələləri də həll edəcəkmi?! Suallar çoxdur. Bu suallara mətni şərh edərək cavab axtaracağıq. Bugünə qədər izlədiyimiz budur ki, rəsmi Bakın xarici siyasətdə, əsasən, səhvsiz oynayıb. Biz səhvlər etmiş olsaydıq, nəinki torpaqları azad edərdik, əksinə daha böyük itkilərlə bəlkə üzləşərdik.
Bu arada öz slavyan qardaşı Ukraynanı parçalayıb iki yeni "dövlət" yaradan güc Qarabağdakı azlığa da belə bir şans verməz(di)mi?! Əgər Azərbaycan ölçülü-biçili siyasət yürütməsə. Hərçənd Qarabağdakı millib azlığın nümayəndələrinə öz xarici ölkənin pasportlarının verilməsi xəbərləri də gəlir. Doğrudur, ya deyil, bilmirəm. Bu məsələlər də bu yeni müttəfiqlikdən həllini gözlədiyimiz məsələlərdir. Eləcə də, separatçı "lider"lərin gözlənilən həbsi...
İmzalanacaq sazişin önəmini azaltmadan və ya şişirtmədən belə bir mənzərəni gözümüz önündə canlandıraq. Münhen Təhlükəsizlik Konfransında bizi ayaqda alqışlasalar yaxşıdır, yoxsa öz təhlükəsizliyimizi təmin edə bilsək?! Putin də bunu demişdi. Zelenskini Qərb Münhendə ayaqüstə alqışladı, sonra da bir ayağını o biri ayağının üstə qoyaraq oturdu və Ukraynanı necə parçalandığına, sadəcə, tamaşa etdi. Ukrayna üçün kimsə ayağa qalxdı, ya qalxacaq?!
Hərçənd...
...Əfsanəvi siyasətçi və sərkərdə Otto fon Bismark zamanda ölkəsinin Rusiyada səfiri olmuşdu, bu ölkəni, elitasını,xalqını yaxşı tanıyırdı: "Rusiya ilə müqavilə onun yazıldığı kağıza dəyməz" deyirdi.
Baxaq, görək, Rusiyanın indiki idarəçiləri Azərbaycanla imzaladıqları müqavilənin timsalında Bismarkın bu fikrini yalanlayacaqlarmı?! Noyabr bəyannaməsindən hələ ki bunu tam görmədik. Baxaq, görək yeni saziş necə olacaq? Bizdə, məlum, Rusiya ilə müttəfiqlikdən yüzillik bir qorxu var. Ancaq...
Müttəfiqlik təkcə sazişlə olmur. "Saz" işlə olur. Yəni əməldə...
Bahəddin Həzi, Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2022, 10:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər