reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya, yoxsa Ukrayna? - KİMİN TƏRƏFİNDƏYİK?

reklam

Rusiya, yoxsa Ukrayna? - KİMİN TƏRƏFİNDƏYİK?


“Əgər Qərb Kosovonun müstəqilliyini tanıyıb belə bir presedent yaratmasaydı, bu problemlər də ortaya çıxmazdı”. Bu fikirləri Rusiyanın Ukraynanın separatçı rejimlərinin “müstəqilliyini” tanımasından sonra Azərbaycanın Moskva və Kiyevlə münasibətlərini necə tənzimləməli olduğunu şərh edən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, indiki mürəkkəb şəraitdə Azərbaycanın istər Rusiyanın, istərsə də Ukraynanın lehinə açıq mövqe bildirməsinə ehtiyac yoxdur:

“Hesab edirəm ki, Azərbaycan indiyə qədər Ukraynaya necə münasibət bəsləyirdisə, bundan sonra da o cür yanaşmalıdır. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətləri var.

Ona görə də, Azərbaycanın istər Rusiyanın, istərsə də Ukraynanın lehinə açıq mövqe bildirməsinə ehtiyac yoxdur. Belə mürəkkəb şəraitdə neytral qalmaq ən doğru variantdır.

O ki qaldı Rusiyanın Ukraynadakı o rejimləri tanımasına, burada əsas problem Qərbin Kosovonun müstəqilliyini tanıması ilə yaranan presedentdir. Əgər Qərb Kosovonun müstəqilliyini tanıyıb belə bir presedent yaratmasaydı, bu problemlər də ortaya çıxmazdı”.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 13:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər