reklam
Regionxeberlericom.az » Siyasət » "PUTİN İKİ QARDAŞ XALQI DÜŞMƏNƏ ÇEVİRDİ" - “Ukrayna hökuməti ölkə daxilində Moskvaya bağlı 5-ci kolonu tamamilə əzəcək”

reklam

"PUTİN İKİ QARDAŞ XALQI DÜŞMƏNƏ ÇEVİRDİ" - “Ukrayna hökuməti ölkə daxilində Moskvaya bağlı 5-ci kolonu tamamilə əzəcək”















Şahin Cəfərli: "Ukraynasız yeni imperiya quruculuğu əhəmiyyət daşımır"

"Rusiya Prezidenti Vladimir Putin "proqnozlaşdırılmayan lider" obrazına uyğun yol tapa bilmədi və beynəlxalq siyasətdən ən uzaq adamların belə gözlədiyi qərarı verdi. Müraciəti də isterik idi".

"AzPolitika.info" xəbər verir ki, bu barədə siyasi təhlilçi Şahin Cəfərli Rusiya rəhbəri V.Putinin xalqa müraciəti və Ukraynada yaratdığı qondarma "LRN" və "DNR"-i dövlət kimi tanımaq qərarını şərh edərkən bildirib.
















Ekspertin sözlərinə görə, ABŞ və NATO-ya bütün dünyanın gözü önündə ünvanladığı ultimativ şərtlər rədd edildikdən sonra Rusiyanın gücü ona çatdı ki, Ukraynanın şərqindəki 8 illik işğalını və oradakı hərbi mövcudluğunu rəsmiləşdirsin: "Moskva ötən müddət ərzində oyuncaq respublikaları Ukraynanın tərkibinə daxil etmək üçün çox çalışdı:

A planı bu yolla Ukraynanı federallaşdırmaq və onu öz nüfuz dairəsində saxlamaq idi. Ukrayna hökumətləri ardıcıl təzyiqlərə rəğmən, bu təhlükəli ssenarini rədd etdilər.

Tanıma qərarı Rusiyanın B planı idi. Bu qərarla Minsk prosesi bitdi və artıq Ukraynanın üzərində o razılaşmalardan irəli gələn hər hansı öhdəlik yoxdur. Rusiya bununla Kiyevə qarşı əlindəki son basqı alətini də itirmiş oldu. Bundan sonra heç bir ordu ilə Ukraynanı tabe etdirə bilməyəcək. Ukrayna hökumətinin ölkə daxilində Moskvaya bağlı 5-ci kolonu tamamilə əzmək üçün də əli-qolu açılmış oldu".

Ş.Cəfərli vurğulayır ki, Ukraynanın "Rus dünyası"ndan qopması və şərqi slavyanlar içərisində böyük qırılma prosesinin yekun mərhələsini izləyirik.

"Gələcəkdə rus tarixçiliyi qardaş xalqı Rusiyaya düşmən edən Putin haqqında müsbət şeylər yazmayacaq. 2014-cü ilə qədər avroatlantik inteqrasiya yalnız Ukraynanın qərbində dəstəklənirdi, ölkə 2 əks siyasi-mədəni qütbdən ibarət idi, Ukrayna milli identikliyi formalaşmamışdı, rus dili əsas ünsiyyət vasitəsi idi, NATO üzvlüyünə dəstək 25%-i ötmürdü. Ukraynanın həm də neytral dövlət statusu var idi", - o qeyd edib.

Ekspert bildirir ki, Putin 2014-cü ildə qardaş xalqa savaş açıb, onun ərazilərini qoparmağa başlamaqla Ukraynada Rusiyanın yumşaq gücünü sarsıdıb, hər şeyi tərsinə çevirdi: "Xarici işğal millətçiliyə təkan verdi, Ukrayna milli identikliyi oturuşmağa və ölkənin şərqi ilə qərbinin düşüncə sistemindəki fərqlər aradan qalxmağa başladı. Putinin sayəsində vahid Ukrayna xalqı formalaşır. Bu gün ölkə üzrə NATO üzvlüyünə dəstək 65%-ə çatıb. Şərq vilayətlərində belə AB üzvlüyünə dəstək 50%-i ötüb, NATO üzvlüyünə dəstək 40% civarındadır".

Şahin Cəfərli əlavə edir ki, Putin həm də NATO-ya ikinci nəfəs verdi, Avropanın şərqindən ittifaqın və ABŞ-ın hərbi qüvvələrinin çıxarılmasını tələb etdiyi məqamda bu qüvvələrin artırılması ilə üzləşdi və üzünü Asiyaya çevirmiş ABŞ-ı təkrar Avropanın tam mərkəzinə qaytardı: "Postsovet məkanında Ukraynasız yeni imperiya quruculuğu praktik əhəmiyyət daşımır. Dərin demoqrafik çuxura düşmüş, əhalisi, əmək resursları sürətlə əriyən, xroniki sosial-iqtisadi böhran yaşayan, müasir dünyadan təcrid olunan Putin Rusiyasının inkişaf perspektivi yoxdur. Putin III İvan olmaq iddiası ilə yola çıxdı, II Nikolay olma yolundadır".




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 14:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər