Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırdı
Ukraynanın Rusiyadakı müvəqqəti işlər vəkili Vasili Pokotilonu məsləhətləşmələr üçün geri çağırılıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, məsləhətləşmələrə ehtiyac Rusiya Federasiyasının rəhbərliyi tərəfindən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qondarma “Luqansk Xalq Respublikası”nın və “Donetsk Xalq Respublikası”nın “müstəqilliyinin” tanınması ilə bağlı qeyri-qanuni qərarlar qəbul etməsi ilə bağlıdır.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıyıb. Müvafiq qərar Rusiya prezidenti Vladimir Putinin sədrliyilə keçirilən ölkənin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib və dövlət başçısı tərəfindən xalqa müraciəti zamanı bəyan olunub. Putin canlı efirdə hər iki qondarma dövlətin tanınması ilə bağlı qərarları imzalayıb.
Mənbə: Unian.net
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2022, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər