Bakı antiterror əməliyyatına başlaya bilər - Arxamızda RUSİYA VAR AXI...
Gözlənildiyi kimi fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. 43 maddəlik bəyannaməni ümumilikdə Azərbaycan üçün məqbul saymaq olar.
Bəyanatda Qarabağla bağlı yekun həllə nail olmaq, eyni zamanda Ermənistanın destruktiv siyasətini zəiflətmək üçün konkret bəndlər var:
Bəyannamənin ilk bəndi rəsmi Bakının əlini qüvvətləndirə bilər. Belə ki, birinci bənddə qeyd edilir: "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Rusiya faktiki olaraq bu bənd ilə bir daha Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün toxunulmazlığını təsdiq etmiş oldu. Prinsip etibarilə rəsmi Moskva da digər ölkələr kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı, lakin bu bəyanat ilə 44 günlük müharibə sonrası dəyişən siyasi reallıqlar fonunda bunu bir daha təsdiqləmiş oldu.
Digər tərəfdən bu bənd həm də gələcəkdə rəsmi Bakıya Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktını Rusiyaya qəbul etdirməsinə kömək edə bilər. Çünki bənddə qeyd olunur ki, tərəflər birinin daxili işlərinə qarışmayacaq. Qarabağ Azərbaycanın daxili işidir. Məntiqlə Rusiya rəsmi Bakının Xankəndidə antiteror əməliyyatı keçirməsi və ya separatçıların "lider” Araik Arutunyanın həbs edilməsi qərarına etiraz etməməlidir.
İkincisi, bəyanatın 9-cu bəndini də rəsmi Bakı üçün müsbət hesab etmək olar. 9-cu bənddə deyilir: "Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”
Azərbaycan tərəfi onsuz da 10 noyabr bəyanatına sadiqdir və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. 10 noyabr bəyanatının icra edilməyən bəndlərin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Prezident İlham Əliyev Vladimir Putinlə mətbuat konfransında da açıqca bildirdi ki, "Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyirik”.
Azərbaycan tərəfi bu bəndi əsas gətirərək regionda kommunikasiyanın açılmasını və sərhədin delimitasiya, demarkasiya prosesinin həllinin sürətlənməsinə nail ola bilər.
Üçüncüsü, bəyanatın ən diqqətçəkən məqamı məhz 18-ci bənddir. 18-ci bənddə deyilir: "Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.
Rusiya tərəfi bəyanatın 18-ci bəndinin məntiqinə görə, Qarabağdakı qondarma rejimi separatçılıq təhdidi kimi qəbul etməlidir. Bakı bu razılaşmadan separatçı-terrorçu rejimin ləğvi üçün istifadə edə bilər. Bənddə separatçılıq təhdidlərinə qarşı səylərin birləşdirilməsi öz əksini tapıb. Xankəndidə separatçı rejim və onun qondarma lideri hələ də fəaliyyət göstərir. Rəsmi Bakı bu bəndi əsas gətirərək antiterror əməliyyatlarına başlaya və Xankəndidəki rejimi büsbütün sıradan çıxara bilər.
Nəticə etibarilə bu bəyanatı Rusiyanın Azərbaycan-Ermənistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi kimi hesab etmək olar. //sfera.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2022, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər