reklam
Regionxeberlericom.az » Siyasət » Laçın dəhlizi ermənilər üçün bağlanır: - Tarix bəllidir

reklam

Laçın dəhlizi ermənilər üçün bağlanır: - Tarix bəllidir


Laçın şəhərindən yan keçən avtomobil yolu bu ilin yay aylarında istifadəyə veriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında bildirib.

"Tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yoldan istifadə olunur. Həmin yol Azərbaycanın tarixi yoludur", - deyə S. Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir:

"Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ yolun uzunluğu 28 km olacaq, yolun 17 km-i artıq çəkilib. Yol bu ilin iyul ayına qədər istifadəyə veriləcək".

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda Laçında yeni yolun 3 ilə çəkiləcəyi göstərilmişdi. Buna baxmayaraq, Azərbaycan tərəfi sadəcə 1,5 ilə yolu artıq istifadəyə verməyə hazırlaşır. DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında deyib ki, yeni yolun çəkilməsi Laçın dəhlizinin boşaldılmasına səbəb olacaq:

“Hazırda Kəlbəcərdən Laçına ikinci bir yol çəkilir. Bu yol Qubadlı və Laçın arasından keçərək Gorusa çıxacaq. Yəni həm Laçının arxasından, həm də Şuşadan Laçına daxil olmaq mümkün olacaq. Yəni yol Azərbaycanın nəzarətində olan ərazidən keçdiyi üçün rus sülhməramlısı olsa belə, nəzarət bizdə olacaq. Bu, Azərbaycanın iqtisadi qüdrətini və ölkənin gücünü göstərir. Həmçinin, Azərbaycan nəzərdə tutulan tarixdən daha tez bir zamanda bu yolu hazırladı. Əlbəttə ki, bu, çox uğurlu bir gedişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağda infrastrukturun qurulmasında çox mühüm rol oynayır. Düşünürəm ki, dünya standartlarına cavab verən yollar çəkilir”.




Paylaş:


Müəllif : Tarix:
23-02-2022, 13:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər