reklam
Regionxeberlericom.az » Siyasət » BMT Baş Assambleyasının Ukrayna ilə bağlı sessiyası öz işinə başlayıb

reklam

BMT Baş Assambleyasının Ukrayna ilə bağlı sessiyası öz işinə başlayıb

















BMT Baş Assambleyasının Ukraynadakı son hadisələrə həsr olunmuş sessiyası öz işinə başlayıb. “Report”un yerli bürosu xəbər verir ki, sessiya Baş Assambleyanın Prezidenti Abdulla Şahidin sədrliyi ilə keçirilir.

Sessiyada çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın BMT Nizamnaməsində əks olunan prinsipləri pozduğunu bildirib.

Diplomat Rusiyanın Şərqi Avropadakı hərəkətlərini və hərbi güclənməsini Birinci və İkinci Dünya müharibələrinin başlaması ərəfəsində Avropada baş qaldıran böhranlarla müqayisə edib.

O, BMT-yə üzv olan 193 dövlət və beynəlxalq təşkilatlara ədalətin bərqərar olması ilə bağlı çağırış edib: “Bizə BMT-nin və beynəlxalq ictimaiyyətin sürətli, konkret və qətiyyətli addımları lazımdır”.

Kuleba problemin yalnız qarşılıqlı diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Sessiyanın proqramında Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin də çıxışı nəzərdə tutulub.




Paylaş:


Müəllif : Tarix:
23-02-2022, 21:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər