reklam
Regionxeberlericom.az » Siyasət » “Donbassda zorakılığı dayandırın!” - Çexiya Rusiyaya qarşı yeni tələb irəli sürüb

reklam

“Donbassda zorakılığı dayandırın!” - Çexiya Rusiyaya qarşı yeni tələb irəli sürüb















Çexiya Rusiyadan Donbassda zorakılığı dayandırmağı və danışıqlar masasına qayıtmağı tələb edir. Bu barədə fevralın 23-də Rusiya səfiri Aleksandr Zmeyevskiyə Çexiya XİN-də bəyan ediblər.

Çexiya xarici işlər idarəsinin xəbərinə görə, nazir müavini Martin Smolka Rusiya səfirinə bəyan edib ki, Kreml tərəfindən atılan addımların beynəlxalq hüquqi qüvvəsi yoxdur. Eyni zamanda Donbassda işğal olunan vilayətlər Ukrayna ərazisi olaraq qalır.

Onun sözlərinə görə, Rusiya Federasiyasının fəaliyyəti beynəlxalq hüququn prinsiplərini və beynəlxalq sazişləri pozur.

Çexiya XİN-də Rusiya tərəfini Ukraynanın şərqində gərginliyi azaltmağa çağırıblar.

“Ukraynaya yönəlik Rusiya təcavüzünün davam etməsi halında, Çexiya Avropa İttifaqında özünün həmkarları ilə birlikdə Rusiya Federasiyasına qarşı geniş siyasi və iqtisadi sanksiyalar tətbiq edəcək” – deyə, Smolka bəyan edib.




Paylaş:


Müəllif : Tarix:
24-02-2022, 08:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər