reklam
Regionxeberlericom.az » Siyasət » “Qərb öz maraqlarını düşünür” - Rusiya nə qədər tab gətirəcək? - Ekspert

reklam

“Qərb öz maraqlarını düşünür” - Rusiya nə qədər tab gətirəcək? - Ekspert




















“Rusiya “LXR” və “DXR”in müstəqilliyini tanıyandan sonra onun səhm bazarının və rublun ciddi ucuzlaşmasını gördük. Lakin sonradan müəyyən dərəcədə proses səngidi. Çünki elan olunan sanksiyalar gözləntilərdən aşağı səviyyədə oldu”.


Bu sözləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, daha güclü sanksiyaların olması ehtimalında Rusiya iqtisadiyyatına çox ciddi zərbələrin dəyə bilməsi mümkün idi:



“Lakin indi 5 bank və Rusiyanın suveren borc kağızları ilə bağlı elan olunan sanksiyalar müəyyən dərəcədə maliyyə, bank sektoruna təsir göstərəcək. Lakin enerji daşıyıcılarının satışına qoyulan qadağa, yəni sərt sanksiyalarla bağlı hələlik bir qərar yoxdur. Hərbi toqquşmalar fonunda yeni sanksiya dalğaları yarana bilər”.


N. Cəfərli Avropa Birliyi ölkələrinin qaz təminatı ilə bağlı məsələyə də aydınlıq gətirib:


“Reallıq odur ki, bu gün Avropa Birliyi ölkələri qaz təminatının təqribən 34-35%-ni Rusiyadan alır. Avropa ötən il Rusiyadan 178 milyard kub metr qaz alıb. Onu əvəzləyə biləcək mənbə yoxdur. Ona görə də Rusiyaya sanksiyalar qoyarkən, Qərb bu məsələləri nəzərə almalıdır. Eyni zamanda, sistemdən də Rusiyanı ayıra bilmir, çünki aldığı neftin və qazın pulunu da ödəməlidir. Nağd formada köçürə bilməz, gərək bank vasitəsilə olsun. Düşünürəm ki, burada Qərb öz maraqlarını da düşünür və çox sərt sanksiyaların Qərbə zərbə vuracağını anlayır. Ona görə də burada bir az ehtiyatlı davranır”.



İqtisadçı ekspertin sözlərinə görə, Rusiya iqtisadiyyatı bu gərginliyə uzun müddət dözə bilməyəcək:


“Hələlik bir müddət Rusiya iqtisadiyyatı buna adaptasiya ola bilər. Amma illərlə davam edəcəksə, Qərblə Rusiya arasında sovet dönəmində olduğu kimi, iqtisadi, siyasi, diplomatik dəmir pərdə olacaqsa, 5-10 ilə Rusiya iqtisadiyyatının tamamilə zəifləyəcəyinin şahidi ola bilərik”.



Paylaş:


Müəllif : Tarix:
24-02-2022, 11:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər