“Yaxın günlərdə Moskvada Bakı ilə İrəvan arasında sülh sazişi imzalanacaq” - Erməni siyasətçidən İDDİA
Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan və Rusiya arasında bəyannamə imzalanıb. 40 maddədən ibarət sənəddə bütün sahələrdə əməkdaşlıq məsələləri əhatə olunub. regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sənədin imzalanması Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb.
Ermənistanda tanınmış siyasətçilərdən olan Andreas Qukasyan prosesin onun ölkəsinə hansı təsiri olacağı barədə fikirlər səsləndirib. O deyib ki, baş nazir Nikol Paşinyanın Moskvaya çağırılması məhz bununla bağlıdır. “Moskvada Ermənistana Azərbaycanla sülh sazişi təklif olunacaq. Yəni Ermənistan və Azərbaycan Minsk Qrupu prosesindən çıxacaq”.
Onun sözlərinə görə, Rusiyanın Donetsk və Luqanskın “müstəqilliyi”ni tanınmasından sonra düşdüyü siyasi şəraitdə Minsk Qrupu həmsədrləri ilə üçtərəfli format mümkün olmayacaq. “Minsk qrupunun iflasa uğraması təhlükəsi böyükdür. Rusiya, Azərbaycan və Türkiyə yeni format təklif edəcək. Nəticədə, Ermənistanla sülh sazişi imzalanacaq və bununla da münaqişəyə son qoyulacaq. Ermənistan üçün bu, “Qərbə qarşı addım”dır. Çünki Fransa və ABŞ 10 noyabr 2020-ci ildən sonra sülh müqaviləsinə qarşı idilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-02-2022, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər