"Müharibə küləyi" hansı ölkələri “vuracaq”? - İNCƏLƏMƏ...
Ukraynaya başlanmış müharibədən sonra Qərb Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq edəcək.
Artıq Böyük Britaniya tərəfindən Rusiyanın “Vneşekonombank”, “Sberbank”, “Rossiya”, “Promsvyazbank”, “Sənaye əmanət bankı”, “Genbank” və “Qara dəniz inkişaf bankı” kimi böyük bankları qadağalara məruz qalıb. Bu siyahının artacağı gözlənilir. Artıq həmin bankların beynəlxalq maliyyə mənbələrinə çıxışı dayandırılacaq və ödəniş kartları bloklanacaq. ABŞ isə Rusiyanın “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” terror təşkilatlarını tanımasına cavab olaraq “Şimal axını-2” qaz boru kəmərinə və operator şirkətin rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Avropa İttifaqı isə Rusiyanın ticarət sahəsində ixracat nəzarəti sansksiyası tətbiq edəcəyini açıqlayıb. Hətta Rusiyanın beynəlxalq “SWIFT” sistemindən xaric edilməsi də istisna edilmir. Bu da Rusiya ilə iqtisadi bağlılığı olan ölkələrə, o cümlədən Azərbaycana təsirsiz ötüşə bilməz. Xüsusilə də fevralın 22-də “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti”haqqında Bəyannamənin imzalanmasından sonra Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Qeyd edək ki, sözügedən Bəyannamənin 26-cı bəndi metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutur.
27-ci bənddə isə Rusiya və Azərbaycan kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərmək barədə razılığa gəlinib. 28-ci bəndə görə, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar. Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları təşkil edib. Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracın payına düşür.
Ötən il Rusiya Azərbaycanın ticarət xarici ticarət dövriyyəsində 8,83 faiz paya malik olub. O cümlədən, qonşu ölkənin Azərbaycan idxalında payı 17,72 faiz, ixracatda isə 4,15 faiz təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb. Bu baxımdan, sanksiyaların Azərbaycana təsir göstərəcəyi barədə proqnozlar səslənir. DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət”ə bildirib ki, Rusiyaya sanksiyaların Azərbaycan iqtisadiyyatına mənfi nəticələr göstərəcəyinə dair konkret nəticələr çıxartmaq tezdir. Çünki sanksiyaların miqyası tam müəyyənləşməyib. Ancaq Azərbaycan iqtisadiyyatı bu təhlükədən sığortalanmayıb. Çox güman ki, rəsmi Bakı hadisələrin gedişini nəzərə alaraq real addımlar atmağa üstünlük verəcək:
“Azərbaycan həmişə balanslı xarici siyasət yürüdür. Ukrayna ilə müharibə ərəfəsində Rusiya ilə “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti” haqqında Bəyannamənin imzalanması da təsadüfi xarakter daşımır. Azərbaycan dövləti belə "fors-major" hallarda ağıllı mövqe nümayiş etdirib və qabaqlayıcı addımlar atmaqla özünü sığortalaya bilib. Hesab edirəm ki, bu ərəfədə Moskvada imzalanmış Bəyannamə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan asılı olmayaraq, Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa kömək edəcək. Rusiya Azərbaycan üçün iqtisadi ticarət əlaqələri baxımından çox önəmli ölkədir. Azərbaycanın qeyri-neft sektoru məhsullarının əksəriyyəti Rusiya bazarında reallaşdırılır. Bu hadisələr fonunda Rusiyaya hansı sanksiyaların tətbiq ediləcəyini bilməsək də, hesab edirəm ki, bu sanksiyaların Azərbaycana ciddi mənfi təsirləri olmayacaq. Azərbaycan məhsullarının dünya bazar qiyməti var və Rusiya rublunun dollara nisbətdə ucuzlaşması həmin məhsulların da dəyərdən düşməsi kimi yozulmamalıdır. Məsələyə bu kontekstdə yanaşıb nəticə çıxartmaq tezdir. Çünki milli valyutalarla qarşılıqlı ticarət əlaqələrinin qurulması çarpaz xarakter daşıyan bir mexanizmdir. Yəni bir məhsul dünya bazarında rəqabət qabiliyyətlidirsə, onu ən aparıcı valyutanın dəyərinə uyğun təklif etmək olar”.
Ekspert bildirib ki, əgər məhsulumuz rəqabət qabiliyyətli olmasa, o halda biz Rusiya rublundan əldə etdiyimiz gəlirlə kifayətlənməliyik:
“Bundan artıq gəlir haqqında düşünmək absurddur. Onu da nəzərə almalıyıq ki, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi inzibati üsullarla tənzimlənir. Rusiya rublu isə Azərbaycan manatından ucuz olsa da, üstünlüyə malikdir. Bu da rublun məzənnəsinin sərbəst şəkildə tənzimlənməsidir. Bunu diqqətdən qaçırmaq olmaz. Ona görə də Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana təsir göstərmədən "domino effekti" yaradır. Bu baxımdan, "Moskva Bəyannaməsi" yerində imzalanmış sənəddir”.
Lakin ekspert onu da qeyd etdi ki, Rusiya banklarına tətbiq edilən sanksiyalar ümumi ödəniş sistemi vasitəsilə Azərbaycanın maliyyə qurumlarına problem yarada bilər. Maliyyə mexanizmlərinin və strukturlarının fəaliyyətində çətinliklər yaranacağı istisna edilmir:
“Amma Azərbaycan bankları beynəlxalq maliyyə təşkilatlarına kifayət qədər inteqrasiya olunduğu üçün biz bu məsələdə ciddi fəsadlarla üzləşməyəcəyik. Azərbaycan belə problemlərdən yayınmaq üçün balanslı mövqeyini davam etdirməlidir. Çünki biz hadisələrin hansı nəticələrə gətirib çıxaracağını bilmirik. Ona görə də Azərbaycan hökumətindən ziyanın qarşısını əvvəlcədən almağı tələb etmək mümkün deyil. Hadisələrin inkişafına uyğun olaraq, müəyyən addımlar atıla bilər. Bunun üçün də gözləmə mövqeyi tutmaq lazımdır. Yəni gözlənilməz hadisələr baş verə bilər. Məsələn, neftin qiyməti sürətlə düşərsə, Azərbaycan ikiqat ziyan çəkə bilər. Bu, hələlik müşahidə olunmur. Ancaq 2014-cü ildəki kimi belə bir hal baş versə, “Moskva Bəyannaməsi” haqda ürəkdolu sözlər boşa çıxacaq, Rusiya ilə irtisadi-ticari əlaqələrimiz də əhəmiyyətini itirəcək, Azərbaycanda makroiqtisadi tarazlıq pozulacaq. Ancaq bunun baş verəcəyini heç kim deyə bilməz. Yaxud Avropanın Rusiya qazından imitina etməsi ehtimalını da nəzərdən keçirməliyik. Belə olarsa, Azərbaycan Avropa üçün birinci tədarükçüyə çevrilə bilər. Rusiyanın buna reaksiyasının necə olacağı isə məlum deyil. Ona görə də “Müttəfiqlik Münasibətləri haqqında” Bəyannaməni yüksək qiymətləndirirəm. Əlbəttə, orada müəyyən bəndlər var, amma hesab edirəm ki, səhəri gün Moskva Azərbaycana qarşı iradlar irəli sürə bilər. Rusiya Azərbaycan qazının alternativ mənbə kimi Avropa bazarına çıxarılmasına etiraz edə bilər. Rusiya şıltaq davranış nümayiş etdirir. Türkmənistanda və Qazaxıstanda hasil olunan təbii qazın da Avropaya nəqli layihəsi var. Belə çıxır ki, Rusiya hamıya qarşı müharibə elan edəcək? Ona görə də proseslərin gedişini proqnozlaşdırmaq üçün bir qədər gözləmək lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2022, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər