“Moskva Bəyannaməsi”nin 32-Cİ BƏNDİ: - Azərbaycana nə vəd edir?
Fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Vladimir Putin qtərəfindən imzalanmış “Moskva Bəyannaməsi” bəndlər üzrə müxtəlif bucaqlardan müzakirə olunur və təhlil edilir.
Bəyannamənin 32-ci bəndi isə hər kəsin marağına səbəb olub. Bu bəndə əsasən, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitunun laboratoriya müdiri, elmlər doktoru Müslüm Qurbanov Bizim.Media-ya bu bəndin təfərrüatını açıqlayıb.
Onun sözlərinə görə, atom enerjisinin istifadəsi ölkədə keçən əsrin sonlarından başlayıb.
“Atom enerjisindən dinc məqsədlərlə istifadə məsələsi Azərbaycanda keçən əsrin sonlarından başlayaraq müxtəlif istiqamətdə inkişaf edib. Azərbaycanda bu sahədə təxminən 20 ildən çoxdur ki, işlər görülür. Hətta Sovet illərində Hacıqabul rayonunun Nəvai qəsəbəsi ərazisində atom elektrik stansiyasının tikilməsi planlaşdırılırdı amma müəyyən səbəblərdən bu baş tutmadı”.
Müslüm Qurbanov atom enerjisinin dinc məqsədlərlə necə istifadə olunacağı haqqında danışıb:
“Radioaktiv mənbələrdən müalicə məqsədi ilə tibbdə həmçinin müxtəlif kimyəvi-texnoloji proseslərdə, o cümlədən ekoloji təmiz hidrogenin alınmasında istifadə olunur. Həmçinin infeksion xəstəliklərə qarşı mübarizədə də xüsusi rolu var”.
Elmlər doktoru həmçinin qeyd edir ki, bəyannamə ölkədə atom elektrik stansiyasının tikilməsi məsələsini də gündəmə gətirə bilər:
“Rusiya artıq illərdir ki, bu sahə ilə məşğuldur və hazırda bir sıra univeristetlərində atom enerjisindən istifadə üzrə tədqiqat işləri aparılır. Bu əsnada, ölkədə atom sahəsi üzrə kadrların formalaşmasında böyük rol oyanaya bilər. Amma yekun mərhələdə atom stansiyalarının qurulması və ya elmi tədqiqat atom reaktorlarının qurulması məsələsi də öz yerini tapa bilər.
Onu da deyim ki, Prezident İlham Əliyev bu bəyannamədən də əvvəl beynəlxalq görüşlərdə atom, nüvə enerjisindən dinc məqsədlər üçün Azərbaycanda inkişaf məsələləri və bu sahədə kadr potensialının gücləndirilməsi haqqında çıxışlar edib. Təsadüf deyil ki, daha sonra Milli Nüvə Tədqiqatları Mərkəzi fəaliyyətə başlayıb”.
Sonda isə Müslüm Qurbanov ölkədə bu sahənin inkişaf olunmasının vacibliyini qeyd edərək, Bəyannamənin 32-ci bəndinin diqqətə alınmasına görə, məmnunluğunu ifadə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2022, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər