Bayden Entoni Blinkenə Ukraynaya təcili hərbi yardım göstərmək səlahiyyəti verdi
ABŞ prezidenti Co Bayden dövlət katibi Entoni Blinkenə Ukraynaya təcili hərbi yardım göstərmək səlahiyyəti verən memorandum imzalayıb.
Ukraynaya təcili hərbi yardım göstərmək məqsədilə Dövlət Katibinə aşağıdakı səlahiyyətlər verilib.
- 250 milyon dollara qədər yardımın göstərilməsinin Ukrayna üçün vacib olub-olmadığını müəyyən etmək səlahiyyəti
- ABŞ-ın təhlükəsizlik maraqları
- Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətləri, habelə hərbi təhsil və təlim şəklində ümumi məbləği 350 milyon dollara qədər olan vəsaiti yönləndirmə səlahiyyəti
Bundan başqa ABŞ administrasiyası Ukraynaya və bir sıra digər ölkələrə, həmçinin Pentaqonun ehtiyacları üçün yardım göstərmək üçün Konqresdən əlavə 6,4 milyard dollar istəyib . Ehtimal olunur ki, bu məbləğin 2,9 milyard dolları Ukraynaya humanitar yardımın göstərilməsi, o cümlədən təhlükəsizlik sahəsində Kiyevə, Baltikyanı ölkələrin hakimiyyət orqanlarına, Polşaya və bir sıra digər dövlətlərə yardıma yönəldiləcək. Vəsaitlər iqtisadi vəziyyəti sabitləşdirmək, ərzaq alışı üçün nəzərdə tutulub. Plana əsasən, Ukrayna hadisələri ilə bağlı Pentaqonun ehtiyacları üçün 3,5 milyard dollar ayrılacaq.
Qeyd edək ki, dünən Demokrat partiyasından olan senator Chris Koons Ukraynadakı hadisələrin nəticələrinin aradan qaldırılması üçün ən azı 10 milyard dollar ayrılmağa çağırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-02-2022, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər