Kiyevdən son xəbər: paytaxta gələn yollarda körpülər partladılıb
Bu saatlarda paytaxt Kiyevdə sakitlik hökm sürür, hər hansı atışma yoxdur. Musavat.com bu barədə Ukraynadakı mənbələrə istinadən xəbər verir.
Məlumata görə, internet resurslarında rast gəlinən atışmalar təxminən 30 km-likdə, Kiyev vilayətində gedir.
“Səngərlər də əsasən, o istiqamətlərdə qazılır, paytaxtın özündə hər hansı xəndəyə rast gəlinmir. Rus tanklarının şəhərə girişini əngəlləməkdən ötrü Dnepr çayının üzərindəki körpülər partladılıb”, mənbə əlavə etdi.
Şəhərdə komendant saatının vaxtı da uzadılıb. Belə ki, saat 17.00-dan səhər saat 08.00-dək küçəyə çıxmaq qadağandır. Bu gündən Kiyev sakinlərinin isti su ilə təchiz ediıməsində də problem yaranıb. Amma bütün çətinliklər əhalinin mübarizə əzminə heç bir təsir göstərmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-02-2022, 00:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-02-2022, 00:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52