Cənubi Qafqazın Ukrayna sınağı - Azərbaycan, Gürcüstan, Ermənistan Kremli qıcıqlandırmır...
Rusiyanın fevralın 24-dən Ukrayna ərazilərinə hücumu dünya tərəfindən birmənalı şəkildə pislənməkdədir. Elə bir ölkə yoxdur ki, Kremlin işğalçı siyasətini təqdir etsin, yaxud ona dəstək versin. Bu müharibədə istisna olaraq Belarus Rusiyanın vassalı kimi hərəkət edir, digər ölkələr isə Ukraynanın yanındadır, Moskvaya qarşı sanksiyaları dəstəkləyirlər. Ən pis halda ABŞ və NATO qınanır ki, bu geopolitik qarşıdurmanın ucbatından Ukrayna qurbana çevrilib, döyüş platsdarmı kim istifadə olunur. “Yeni Müsavat” bildirir ki, Rusiya-Ukrayna cəbhəsində gedən döyüşlərlə bağlı Cənubi Qafqaz ölkələri də tərəddüd və ehtiyatla addım atırlar. Hətta “Soros” Fondunun yetişdirməsi olan Paşinyan hökuməti belə Qərblə həmrəylik nümayiş etdirmir, Ermənistanda Ukraynaya dəstək aksiyaları keçirilmir, bu azmış kimi, Rusiyanın Avropa Şurasından çıxarılması ilə bağlı səsvermədə Rusiyadan savayı yeganə Ermənistan əleyhinə səs verdi. Hərçənd Ermənistanda ciddi antirus əhval-ruhiyyəsi var, Qarabağ müharibəsində məğlubiyyətə görə Rusiyanı günahkar çıxarırlar, Paşinyan məktəblərdə rus sektorlarını bağlayıb, rus telekanallarının yayımını qadağan etmişdi. O baxımdan İrəvan küçələrində Rusiya əleyhinə aksiyalar gözlənilirdi, amma nə rəsmi şəkildə Ukraynaya dəstək var, nə Ermənistanda vətəndaş cəmiyyəti mitinqlər keçirir.
Gürcüstana gəlincə, Tiflisdə minlərlə insanın iştirak etdiyi mitinqlər keçirilsə də, Qaribaşvili hakimiyyətindən Ukraynaya dəstək üçün hansısa açıq, sərt bəyanatlar olmayıb. Üstəlik, rəsmi Tiflis Rusiya əleyhinə sanksiyalara da qoşulmadığını açıqladı. Halbuki Cənubi Qafqazda Rusiya ilə düşmən olan, əraziləri Abxaziya və Cənubi Osetiyanı işğal etmiş, 2008-cı ildə Ukraynanın yaşadıqları başına gəlmiş, qərpərəst siyasət yürütmüş ölkə Gürcüstandır.
Azərbaycana gəldikdə, rəsmi Bakı bu məsələdə vasitəçi, barışdırıcı rol oynamağa çalışır. Hətta Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya nümayəndə heyəti ilə danışıqlar üçün təklif etdiyi şəhərlərdən biri Bakı idi.
Eyni zamanda Azərbaycan Ukraynaya 5 milyon avroluq humanitar və tibbi yardım yollayıb, həmçinin Ukraynanın Bakıdakı səfirliyi qarşısında ictimai fəallar dəstək aksiyası keçiriblər, Zelenski bu dəstək üçün təşəkkürünü bildirib.
Amma Azərbaycan AŞ-də keçirilən səsvermədə iştirak etməyib, rəsmi Bakı da Rusiyanı qıcıqlandırmamaq üçün Tiflis və İrəvan kimi bir qədər korrektəli, ehtiyatlı siyasət yürütməkdədir. Bu ehtiyatlılıqda səbəb nədir? Cənubi Qafqaz ölkələri NATO-Rusiya qarşıdurmasına qarışmadıqlarını demək istəyirlər, yoxsa Putin administrasiyasını qıcıqlandırmamağa çalışırlar?
Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, bu vəziyyəti latviyalı bir jurnalist öz yazısında yaxşı izah edib:
“O yazır ki, Rusiya postsovet ölkələrinə normal yaşamağa imkan vermir. Qazaxıstan, Moldova, Gürcüstan, eləcə də Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarına qətiyyən əməl etmək istəməyib. Məni ən çox təəccübləndirən Gürcüstanın mövqeyidir. Çünki Gürcüstan Rusiya təcavüzünün bütün əməllərini özündə hiss edib. Üstəlik, Rusiya Gürcüstana münasibətdə ədalətsiz davranışlarını davam etdirir. Həmçinin Ukraynada baş verənlər eynilə 2008-ci ildə Gürcüstanda yaşanmış ssenaridir”. Q.Hüseynli vurğuladı ki, Azərbaycan Ukraynanın haqq işini müdafiə edir: “Humanitar yardım göndərdi, SOCAR-ın Ukraynada olan yanacaqdoldurma məntəqələri təcili yardım maşınlarına, yanğınsöndürən maşınlara pulsuz yanacaq verir, bu da böyük addımdır. Ermənistana gəldikdə isə yenə hiyləgər siyasətini büruzə verir, açıq mövqe qoymaqdan çəkinir. Hətta Ukrayna ordusu tərəfindən erməni əsir götürülüb, məlum olub ki, rus ordusunda döyüşür. Bu da rüsvayçı mövqedir, rəsmi şəkildə heç nə demirlər, adamlarını gizli rus ordusuna göndərirlər”.
Politoloq Vaqif Hüseyn hesab edir ki, Ukraynadakı real vəziyyət bu üç ölkəyə tam bəlli deyil: “Belə ölkələri istənilən konyukturda anlamaq lazımdır. Əgər beynəlxalq hüquq tanımayan Rusiya ilə üz-üzə qalmısansa, buna uyğun siyasət yürütməlisən. Hazırda Cənubi Qafqaz ölkələrinin əlində ən dəyərli şey onların müstəqilliyidir və istənilən halda onu qorumaq lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-03-2022, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər