reklam
Regionxeberlericom.az » Siyasət » “Kimsə onu cəhənnəmə göndərməlidir...” - ABŞ senatoru Putini öldürməyə çağırdı

reklam

“Kimsə onu cəhənnəmə göndərməlidir...” - ABŞ senatoru Putini öldürməyə çağırdı




















“Rusiyada kimsə öz üzərinə məsuliyyət götürməli və bu oğlanı cəhənnəmə göndərməlidir. Siz bununla öz ölkənizə və dünyaya böyük xidmət göstərmiş olarsınız”.

Bunu ABŞ Senatının üzvü və qurumun Məhkəmə Sistemi Komitəsinin başçısı Lindsi Qrem “FOX” telekanalının efirində Putini nəzərdə tutaraq deyib.

Ardınca senator bildirib ki, “Rusiya ordusunda daha uğurlu polkovnik Ştauffenberq tapılacağına” ümid edir:“Ancaq bunun üçün o, əvvəlcə bu ilbizin yaşadığı zirzəmiyə yol tapmalıdır”.

Xatırladaq ki, söhbət 1944-cü ildə Adolf Hitlerə qarşı sui-qəsd həyata keçirən Almaniya ordusunun zabitindən gedir. Həmin vaxt alman zabitin Hitlerin olduğu məkana yerləşdirdiyi bomba partlasa da, faşist lider sağ qalmışdı.

Senatorun bu fikirləri Rusiya tərəfindən ciddi narazılıqla qarşılanıb. Xəbərdə deyilir ki, Rusiyanın ABŞ-dakı səfirliyi Qremin açıqlamasıyla bağlı Vaşinqtondan izahat tələb edib.




Paylaş:


Müəllif : Tarix:
4-03-2022, 14:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər