Erməni təxribatlarının arxasında KİMİN BARMAĞI VAR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə rəsmi İrəvandan isti bəyanatlar verilsə də, hazırda ərazidə baş verən hadisələr onu deməyə əsas verir ki, Ermənistan, həmçinin Rusiya sülhməramlı qüvvələri üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. Eyni zamanda, onlar erməni silahlı dəstələrinin ərazidən çıxarılması öhdəliyindən də boyun qaçırırlar. Belə olan halda, ümumi şəraiti Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün münasib hesab etmək olmaz”. Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Ermənistan Rusiyanin icazəsi və himayəsi olmadan Azərbaycan ərazilərində təxribat törətməyə cəhd edə bilərdilər, amma bir-iki atəş açmaqla yekunlaşmalı idi: “Ermənistan ötən ilin noyabrın 16-dakı ardıcıl təxribatların nəticəsini yaxşı xatırlayır. Lakin bu dəfə törədilən təxribatlarda Rusiya sülhməramlılarının izləri açıq-aşkar görünür. Onlar ermənilərin təxribat törətməsinə, atəşkəsi pozmalarına şərait yaradırlar. Əgər Rusiya və Ermənistan imzalanmış bəyanatların şərtlərini yerinə yetirmirlərsə, Azərbaycanın həmin sənədlərdən rahatlıqla imtina etmək hüququ var. Biz bu hüququmuzdan hər zaman istifadə edə bilərik. Atəş açılan nöqtələr isə zərərsizləşdirilməlidir, çünki bu, Azərbaycan üçün təhdiddir. Hətta atəşin açıldığı nöqtələrə Azərbaycan əsgərinin nəzərəti mümkündür, çünki həmin ərazilər Azərbaycana məxsusdur. Onsuz da Azərbaycan torpaqları seperatçılardan gec, ya tez mütləq təmizlənəcək. Sadəcə olaraq, ərazilərin daha tez təmizlənməsi Azərbaycanın təhlükəsizliyi baxımından önəmlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-03-2022, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər