Bayden - Ərdoğan danışıqlarının məzmunu aşıqlandı - Telefon danışığı 45 dəqiqə davam edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Musavat.com xəbər verir ki, tərəflər arasındakı telefon danışığı 45 dəqiqə davam edib. Ərdoğan Baydenlə telefon danışığında Antaliyada baş tutan Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısının təşkil olunmasının diplomatik zəfər olduğunu bildirib.
Türkiyənin ABŞ-dan 40 yeni təyyarə alması və mövcud F-16-ların modernləşdirilməsini əhatə edən tələbinin ən qısa zamanda yekunlaşmasını gözlədiyini ifadə edən Ərdoğan müdafiə sənayesi sahəsində Türkiyəyə qarşı bütün ədalətsiz sanksiyaların qaldırılma zamanının çoxdan gəldiyini qeyd edib.
AĞ Ev sözcüsü Cen Psaki isə Ərdoğan və Bayden arasındakı telefon danışığına münasibət bildirərək iki liderin məhsuldar görüş keçirdiyini qeyd edib. Psaki həmçinin bildirib ki, Bayden Türkiyənin bügünki diplomatik addımından çox məmnun qaldığını dilə gətirib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin dayandırılması və barışıq əldə olunması üçün cəhdlərini davam etdirən Türkiyə bu gün Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitro Kulebanın Antaliyada görüşünü təşkil edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefonla danışıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.
Söhbət zamanı Rusiyanın Ukraynaya hücumu da daxil olmaqla regional hadisələr, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.
Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin tərəflər arasında vasitəçi olmasının vacibliyini vurğulayıb.
Türkiyə lideri Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü diplomatiyanın qələbəsi adlandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2022, 00:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər